Ölkə

Ədliyyə Nazirliyi əməkdaşını intizam məsuliyyətinə cəlb etdi

“Vətəndaş H.Poluyevanın mülki mübahisəsi ilə bağlı Ədliyyə Nazirliyi əməkdaşına istinadən məlumatlar dərc edilib. Bildirilir ki, həmin əməkdaş vətəndaşa düzgün izah verməyib, səlahiyyətlərindən kənara çıxmaqla çaşqınlıq yaradıb”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, bununla əlaqədar H.Poluyeva müraciətində qaldırdığı məsələ ilə bağlı nazirlikdə vəkili ilə birgə qəbul edilərək ona hüquqları ətraflı izah olunub, habelə qeyd edilən nöqsanlara yol vermiş əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsi başlayıb. Həmin vaxt S.Poluzadə saytımıza müraciət edərək Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib və bununla bağlı araşdırma aparılıb. 

Xatırladaq ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button