İdman

“Əgər o, “Çelsi” və ya “Fiorentina”ya getsəydi, heç kim heç nə deməzdi”

Rumıniyalı futbol məşqçisi Qriqore Sikitu yerli mətbuata açıqlamasında “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu haqda danışıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, “Playsport”a 74 yaşlı mütəxəssis Mutunu tənqid edib. O, gənc məşqçinin “Rapid”i tərk edərək “Neftçi” ilə razılaşmasının doğru olmadığını iddia bildirib:

“Mutunun Rumıniya çempionatının başlamasına bir həftə qalmış getməsi qəribədir. Məncə, burada qadının əli var.

“Rapid” ona şans vermişdi. Çempionat bitəndən dərhal sonra getsəydi, başa düşmək olardı.

Amma gözləyirsən, transferləri edirsən və sonra da ayrılırsan? Bu oyuncaq deyil, işdir.

Mutu bu hərəkəti ilə digərlərinə göstərdi ki, onlar da hər an ayrıla bilərlər. Əgər o, “Çelsi” və ya “Fiorentina”ya getsəydi, heç kim heç nə deməzdi.

Axı bu, bəlkə də heç vaxt düşməyəcək şans olardı. Amma bir neçə yüz min avro üçün “Neftçi”yə getmək…

“Rapid” rəhbərliyi həmişə onu dəstəkləyirdi. Ancaq Mutu onları qoyub getdi. Bu cür davrana bilməzsən.

Ola bilsin ki, Afrikada belə şeylər hələ də baş verir. Mən heç vaxt belə bir şey yaşamamışam”.

74 yaşlı mütəxəssis “Əl-Şabab”, “Əl-Nəsr”, “Baniyas”, “Əl-İttihad”, “Əl-Tavun”, “Dofar” klublarında çalışıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button