İqtisadiyyat

Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib

İyulun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması,Bakışəhərindətıxac probleminin həlli, ictimai nəqliyyatda əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olunub.

Şuranın sədri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin məruzəsi dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq icra olunan ölkədə nəqliyyat mobilliyinin transformasiyası və Bakı metropoliteninin potensialının qiymətləndirilməsi proqramlarının icrasına dair təqdimatlar keçirilib.

Ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button