Ölkə

Əməkdar artist onları tanımaqda çətinlik çəkdi

Əməkdar artist Ruhəngiz Musəvi “7 canlı” proqramında qonaq olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni verilişdə ona təqdim olunan həmkarlarının fotolarını tanımaqda çətinlik çəkib. R.Musəvi ifaçıların estetiklərindən danışıb. 

O, müğənni Türkan Vəlizadənin estetikləri ilə bağlı bu fikirləri səsləndirib:

“Daha dəyişib də. Zatən hamısı dəyişdirib özünü. Bir az xarici görünüşlərinə əl gəzdiriblər. Türkan aşırı dərəcədə etməyib. Səliqəli etdirib”.

Ruhəngiz ifaçı Vəfa Şərifovanı isə şəkildən tanımayıb:

“Kimdir? Burada tanımadım onu. Qəşəng qızdır”.

Müğənni həmkarı Şəbnəm Tovuzlunun xarici görünüşünü belə qiymətləndirib:

“Şəbnəmin səsindən xoşum gəlir. Bilmirəm nədənsə hamı ona ilişir. Nəyi dəyişim onda? Hər şeyi yerindədir”. 

Proqramda Şəbnəmin ekranda təqdim olunan geyimi isə müzakirə yaradıb. Aktyor Allahverdi Yolçuyev müğənninin əynində olan köynəyi həbsxana geyiminə, Ruhəngiz isə pijamaya bənzədib.

R.Musəvi müğənni Mənzurə Musayevanın estetikinə belə münasibət bildirib:

“Qəşəng qızdır. Daha özünü dəyişib də. Özü də gizlətmirlər ki. Balaca burnunu kəsdirib. Bu qədər”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button