Ölkə

Əvvəlcə həyat yoldaşını, sonra isə onun tanışını bıçaqladı

Çimərlikdə ər arvadını və onun tanışını bıçaqlamaqda şübhəli bilinir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Abşeron rayonu, Novxanı qəsəbəsində, dəniz sahilində qeydə alınıb.

1993-cü il təvəllüdlü Ramilə Abdulrəhimova çimərlikdə ailə-məişət zəminində mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Daha sonra ər arvadının tanışına da bıçaqla xəsarət yetirib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Abşeron rayonunda başqa bir bıcaqlanma hadisəsi də olub.

Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Əliyev Rəhim Elmar oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Ona ümumilikdə 6 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər 2 faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button