İdman

10-cu cəhd və ya son uğursuzluğu unutdurmaq üçün əla fürsət

Qadın voleybolçular arasında AVRO-2023-ün final mərhələsi start götürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İdman.biz-in məlumatına görə, 1949-cu ildən təşkil olunan qitənin ən nüfuzlu turnirində ardıcıl üçüncü dəfə 24 komanda qüvvəsini sınayacaq.

Son 2 çempionatda olduğu kimi Avropanın təxminən yarısının qatıldığı yarış yenə 4 ölkənin meydanlarında baş tutacaq. Bu dəfə turnirə İtaliya, Almaniya, Belçika və Estoniyanın ümumilikdə 8 şəhəri ev sahibliyi edəcək.

Qitə çempionatının 24 iştirakçısı arasında yer almağa və azarkeşlərini də buna öyrədən Azərbaycan yığması da var. 18 il öncə Avropanın ən yaxşıları sırasında debüt edən yığmamız tarixində 2 dəfə fəxri kürsüyə yüksəlməyə yaxın da olub. 2005-ci və 2017-ci illərdə voleybolçularımız medalın bir addımlığında büdrəyiblər. Halbuki ən güclü heyətlərə malik olduğumuz bu yarışlarda onlara inam böyük idi və həmin komanda idman ictimaiyyətini o qədər ümidləndirmişdi ki, yekunda tutduğumuz 4-cü yer belə uğursuzluq kimi dəyərləndirilmişdi. Başqa sözlə, yarımfinaladək irəlilədiyimiz, 3-cü yer uğrunda matçlarda bəxtsizlik tarixi nailiyyət qazanmağımıza imkan verməyib.

Digər 7 cəhd o qədər də uğurlu alınmayıb. İlk “səkkizlik”dən kənar qalan komandamız yekun sıralamasının ikinci yarısında var-gəl edib. Ən pis göstəricimiz isə AVRO-2021-də qeydə alınıb. Koronovirus pandemiyasının törətdiyi fəsadlar, çempionatların yarımçıq dayandırılması, hətta bəzi aparıcı voleybolçularımızın düşərgəyə gəlməməsi və ya formalarından uzaq olması yığmanın sonuncu olması ilə nəticələnib.

Millimiz Avropa çempionatlarında














İl

Q

Q

M

S/F

Mərhələ

Tutduğu yer

2005

7

4

3

12-11

1/2 final

IV

2007

8

1

7

4-21

İkinci mərhələ

XII

2009

8

1

7

8-23

Pley-off

XII

2011

4

1

3

6-10

Pley-off

IX

2013

3

0

3

1-9

İlkin mərhələ

XV

2015

3

0

3

1-9

İlkin mərhələ

XIV

2017

6

4

2

15-7

1/2 final

IV

2019

6

4

2

12-10

1/8

X

2021

5

0




5

1-15

Birinci mərhələ

XXIV

Cəmi

50

15

35

60-115

   

Komandamızın Avropa çempionatında ardıcıl 10-cu cəhdi son uğursuzluğu unutdurmaq və yenidən diqqətləri üzərinə cəlb etmək baxımından əla fürsətdir. Çünki əksər hallarda seçmə mərhələ deyil, ötən turnirin nəticələrinə əsasən final mərhələsində oynamaq hüququ qazanan yığmamıza ümidlər yenə böyükdür. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Voleybol Federasiyası (AVF) da komandaya lazımı dəstəyi verir, hətta AVF rəhbərliyi yığma ilə birgə oyunlarımızın keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərindədir. Baş məşqçi və voleybolçular da yarışdan öncə iddialı açıqlamalar verirlər, hər rəqibə qarşı son xaladək mübarizə aparacaqlarını vurğulayırlar. 

Reallığa və son oyunların nəticələrinə baxsaq, bu dəfə ən azı yarımfinaladək irəliləmək heç də asan olmayacaq. Yer aldığımız C qrupunda Almaniya və Türkiyə aşkar favoritdir. Azərbaycan Çexiya, İsveç və Yunanıstana başağrısı ola bilər. Bunu deməyə komandamızın lideri Polina Rəhimovanın uzun fasilədən sonra yığmaya qayıtması, millidə gözəl əhval-ruhiyyənin olması da əsas verir. Düzdür, 33 yaşlı hücumçu əvvəlki formasından uzaq olsa da, təcrübəsi hesabına təmsilçimizə böyük kömək edəcəyi şübhə doğurmur. Digər aparıcı oyunçularımız da düşərgədədir. Onların əksəriyyətinin legioner həyatı yaşaması da milli üçün müsbət amil hesab olunur. Bununla yanaşı, komandaya yeni cəlb edilən və qarşısına əsas hədəf kimi Avropa çempionatında inamlı çıxış tapşırığı qoyulan türkiyəli baş məşqçi Ataman Güneyligil də ilk “imtahandan” əla qiymət almağa və özünüsübut etməyə çalışacaq. Ümid edək ki, o və komandamız AVRO-2023-də yeni tarix yazmaq üçün bütün gücünü səfərbər edəcək.

Sentyabrın 3-də başa çatacaq qitə çempionatı iki gün öncə start götürsə də, Azərbaycan millisi ilk görüşünə bu gün çıxacaq. Qrupda növbəti oyunlarımız ardıcıl olaraq, Almaniya, Türkiyə, Yunanıstan və İsveçlə olacaq. Ataman Güneyligilin komandası mərhələ adlayacaq “dördlük”də yer alacağı halda, A qrupunun komandaları ilə üz-üzə gələcək. Burada Belçika, Serbiya, Polşa, Sloveniya, Ukrayna və Macarıstan yığmaları yer alıblar ki, onlardan da ilk ikisi bizim üçün arzuolunmaz rəqiblərdir.

Qrup mərhələsindən sonra Estoniya və Almaniya oyunlar olmayacaq. Yarımfinallar və medal görüşləri yalnız Belçikanın paytaxtı Brüsseldə təşkil olunacaq.

Azərbaycan yığmasının heyəti

Toppaylayıcılar: Kristina Besman, Yana Doroşenko

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Millimizin oyunlarının təqvimi

18 avqust. Azərbaycan – Çexiya

19 avqust. Azərbaycan – Almaniya

20 avqust. Türkiyə – Azərbaycan

22 avqust. Azərbaycan – Yunanıstan

23 avqust. İsveç – Azərbaycan

AVRO-2023

Qrup mərhələsi

16-24 avqust

A qrupu: Belçika, Sloveniya, Serbiya, Polşa, Ukrayna, Macarıstan

B qrupu: İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, İsveçrə

C qrupu: Almaniya, Türkiyə, Azərbaycan, Çexiya, İsveç, Yunanıstan

D qrupu: Estoniya, Finlandiya, Niderland, Fransa, Slovakiya, İspaniya

1/8 final

26 avqust

İtaliya

1. B1 – D4

2. D2 – B3

27 avqust

3. D1 – B4

4. B2 – D3

Belçika

5. A1 – C4

6. C2 – A3

28 avqust

7. C1 – A4

8. A2 – C3

29 avqust

1/4 final

İtaliya

9. 1-ci cütün qalibi – 2-ci cütün qalibi

10. 5-ci cütün qalibi – 6-cı cütün qalibi

30 avqust

Belçika

11. 3-cü cütün qalibi – 4-cü cütün qalibi

12. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

1 sentyabr

1/2 final

Belçika

13. 11-ci cütün qalibi – 9-cu cütün qalibi

14. 10-cu cütün qalibi – 12-ci cütün qalibi

3 sentyabr

Üçüncü yer uğrunda

Belçika

13-cü cütün məğlubu – 14-cü cütün məğlubu

Final

Belçika

13-cü cütün qalibi – 14-cü cütün qalibi

Qeyd edək ki, 33-cü dəfə təşkil olunacaq yarışda 8 komanda çempionluq sevinci yaşayıb. Siyasi məsələlər səbəbindən bu yarışa buraxılmayan Rusiya (əvvəlki SSRİ) 19 dəfə qızıl medallara yiyələnməklə, turnirin rekordçusudur. İtaliya və Serbiyanın hərəsinin aktivində 3 çempionluq var, Almaniya ilə Polşa fəxri kürsünün ən yüksək pilləsinə 2 dəfə qalxıb. Çexiya, Niderland və Bolqarıstan isə bir uğura sahibdir. Ümumilikdə, 17 komanda çempionatın medallarına yiyələnib.

İdman.biz


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button