Ölkə

10 milyon qarşılığında milyarderin oğlu üçün səhnəyə çıxdı

Hindistanlı milyarder, iş adamı Mukeş Ambani 28 yaşlı oğlu Anant Ambaninin toyu şərəfinə növbəti şənlik təşkil edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecənin əsas ulduzu bu dəfə dünyaca məşhur kanadalı müğənni Castin Biber olub. O, Bollivud ulduzlarının da iştirak etdiyi tədbirdə qonaqlar qarşısında bir saatlıq çıxış etmək üçün 10 milyon dollar alıb.

Xatırladaq ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla nişanlıdır. İyulun 12-də onların toyu olacaq.

Bundan əvvəl təşkil olunan şənliklərdən birində ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub.

Qeyd edək ki, Castin Biberin model həyat yoldaşı Heyli Biber hamilədir. Müğənni özü 2022-ci ildə üzünün sağ hissəsinin iflic olması səbəbindən konsert fəaliyyətinə fasilə vermişdi.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button