İdman

2 milyard sərvəti olan iş adamı türk klubu alacaq

İspaniyanın “Kadiz” klubunun səhmdarlarından biri olan Ben Harburq Türkiyə klubları ilə maraqlandığını açıqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az mətbuat.az-a istinadən xəbər verir ki, iş adamı “Kadiz” klubu Türkiyə klubları ilə əməkdaşlığı artırmaq və qardaşlıq münasibəti qurmaq istəyir. Amerikalı investor Türkiyədəki futbolun onu cəlb etdiyini ifadə edib.

Futbola qoyduğu sərmayələr və işləri ilə diqqət çəkən 39 yaşlı iş adamı 2007-ci ildən şəxsi və işgüzar səfərlər etdiyi Türkiyəyə dərin marağı olduğunu bildirib. Türkiyənin “Getir” şirkətinə də sərmayə qoyan Ben Harburq türk klubları arasında “Fənərbaxça” “Beşiktaş” və “Qalatasaray” klubları ilə maraqlandığını ifadə edib.

“Türkiyə bazarını daha da araşdırmaq istərdim. Azarkeşlər, stadionlar “Trabzonspor” kimi qeyri-adi klublar məni həyəcanlandırır. Türkiyə liqasını daha yaxından tanımaq üçün həqiqətən həyəcanlıyam” – deyə Ben Harburq deyib.

Qeyd edək ki, Ben Harburq, iki milyard dollardan çox sərvəti olan qlobal investisiya firması “MSA Capital”ın idarəedici tərəfdaşıdır. İş adamının Türkiyə futboluna maraq göstərməsi barədə sözləri Türkiyədə klub ala biləcəyi barədə fikirlərin səslənməsinə səbəb olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button