Ölkə

“20 Yanvar”ın keçidlərindəki mağazalar niyə bağlandı?

Bakı Metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. “Bakı Metropoliteni” bildirib ki, bu obyektlərin onlara heç bir aidiyyəti yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti isə mağazaların onlar tərəfindən bağlanmadığını qeyd edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bəs bu obyektlərin bağlanma səbəbi nədir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, yeraltı keçidlərdə mağazaların bağlanması COP29-la əlaqəli ola bilər.

“Amma bu, bir ehtimaldır. Digər ehtimala görə, həmin müəssisələr ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. Həmin müəssisələrin uzun müddət qapalı qalacağını düşünmürəm”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button