20 yaşlı qızı öldürən 62 yaşlı müəllimə hökm oxundu
Abşeron rayonunda 20 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Eynulla Quliyev 1994-cü il təvəllüdlü tanışı Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun