“Biz inanırıq ki, bir gün Xocalıya qayıdacağıq…”

Artıq bu ay Xocalı faciəsinin otuz ili tamam olacaq. Tarixin ən dəhşətli hadisələrindən biri kimi yadda qalan Xocalı faciəsini nəinki hər il, hər gün belə xatırlamamaq mümkün deyil. 

 

Moderator.az-a açıqlamasında Xocalı sakini, 27 gün erməni əsirliyində olmazın işgəncələrinə məruz qalan, bir daha “Qarabağ şikəstəsi” ifa etməsin deyə əlləri yandırılan Valeh Hüseynov Xocalıya qayıdacaqları günü səbirsizliklə gözlədiyini bildirib:

 

“Hər il fevral ayında çox çətin hisslər keçiririk. Hələ Xocalı bizdə deyil və bir gün ora qayıtmaq, Xocalıda yaşamaq istəyirik. Xocalıya qayıtsaq, hisslərimizi tam şəkildə bildirə bilərik. Amma bütün bunlara baxmayaraq bizim qisasımız alınıb, buna çox sevinirik. Torpaqlarımızın 70-80 faizi düşmən işğalından azad edildi. Bu isə böyük zəfərdir. Ermənilər əsirlikdə olanda əllərimi yandırdılar, hamilə həyat yoldaşımı qətlə yetirdilər. Əlbəttə, bu hadisələr həmişə yaddaşımızda qalacaq. Biz inanırıq ki, bir gün Xocalıya qayıdacağıq.  

 

“Sonsuz dəhliz”, “Kaybolan səadət” filmlərində və  “Bir sevgi tarixçəsi” verilişində həyatımdan süjetlər çəkilib”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button