Moldovada da “Qazaxıstan-qaz senarisi” işə düşdü?..-Putindən  kömək istədilər…

Qaqauzlar xristianlaşmış oğuz mənşəli türk xalqıdır…

 

Moldovanın Qaqauz muxtariyyətinin sakinləri qaz böhranının həlli üçün Rusiyaya müraciət ediblər.

 

Moderator.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Qeyd olunur ki, Qaqauziya sakinləri bazar günü, fevralın 6-da Komratın mərkəzində yenidən qazın qiymətinin artırılmasının ləğv edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.

 

Mitinqdə iştirak edən Xalq Məclisinin deputatı Viktor Petrov Rusiya prezidenti Vladimir Putindən kömək istədiyini bildirib.

 

“Mən artıq Rusiya prezidenti Vladimir Putinə, Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozaka, “Qazprom”un rəhbəri Aleksey Millere ünvanlanmış məktublar hazırlayıb göndərmişəm. Cavab gözləyirik. Əminəm ki, Rusiya bizə yardım əlini uzadacaq və qaz şəklində humanitar yardım göstərəcək”, –  V.Petrov belə deyib.

 

Xatırladılır ki, fevralın əvvəlində Moldova Vətəndaş Konqresi partiyasının müxalifət fəalları etiraz aksiyasına peyin kisələri gətirib və hökumətə qazın qiyməti əvəzinə onlardan istifadə etməyi təklif ediblər. Təşkilatçıların sözlərinə görə, Moldova parlamentinin binası qarşısında keçirilən aksiyaya 600-ə yaxın etirazçı toplaşıb.

 

Yanvarın ortalarında Moldova parlamenti qaz böhranı ilə əlaqədar 60 gün müddətinə fövqəladə vəziyyət  elan edib ki, bu da ödəniş problemləri səbəbindən “Qazprom”-dan tədarükün dayandırılması riski ilə bağlıdır. Rusiya şirkəti borc vəsaitini almadığı təqdirdə qaz verilişini dayandıracağı ilə bağlı xəbərdarlıq edib.

 

Xatırladaq ki, qaqauzlar xristianlaşmış oğuz mənşəli türk xalqıdır. Ümumi sayları təqribən 250 min nəfərdir, əsasən Moldovada yaşayırlar…

 

P.S. Deyəsən, Moldovada da “5-сi kalon” Qazaxıstandakı kimi “qaz senarisi”ni  işə salıb… 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button