Niyazi Bayramovun istefasına kifayət edəcək FOTOSÜBUTLAR…

Bu gün mətbuatda Gəncə Şəhər İcra Hakimiyyətinin başıçısı Niyazi Bayramovun yola salınmaq üzrə olduğu və şəhərdəki bir çox nöqsanlara görə hətta onun Prezident Administrasiyasına çağırıldığı iddia olunub.

Xəbərin ardından Moderator.az-a Gəncənin icra hakimiyyəti başçısının yarıtmaz fəaliyyətini ifşa edən fotosübutlar daxil olub.

Saytımızın daimi oxucularından biri şəhərdəki durumun acınacaqlı olduğunu və gediş gəliş gur olan piyada səkilərinin, hətta küçələrin ortasının qarış-qarış satıldığını, iri market və mağazaların qarşısında 2-3 metrlik şüşə konstruksiyalı yöndəmsiz çıxıntılarla şəhərin görkəmini tamamilə bərbad hala salan obyektlərin yağışdan sonra çıxan göbələklər kimi artıdğını, gəncəlilərin baş verənlərdən ciddi narahatçılıq keçirdiyini və hətta sabiq icra başçısı Elmar Vəliyevin ölüsünə rəhmət oxuduqlarını deyir.

Sabir küçəsinin tən ortasında “Kolorit” Çay Evi

Moderator.az fotosübutları təqdim edir və mühakimə yürütüməyi oxucularəın öhdəsinə buraxır. Ümid edirik ki, müvafiq strukturlar da hərəkətə keçərək qanunazi8dd hərəkətlərin baiskarlarına qanunlarımızın sərt üzünü göstərəcək. 

Yeni Gəncə qəsəbəsində Niyazi Bayramovun sərəncamı ilə tikilən Çay evlərindən biri…

Aşağıda: 20 və 11 nömrəli avtobus dayanacağının yerində mağaza tikilib.

“Gəncə” otelinin qarşısında intensiv gediş-gəliş olan səkini restoran yeri verib…

Yeni Gəncə qəsəbəsində yolun ortasında əcaib tikili…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button