“Əgər fiziki imkanım buna çatmırsa, niyə kiməsə söz verib, sonradan ondan inciməliyəm?”

“Övladla valideyn arasında olan söz-söhbət, inciklik, bir-birindən küsmək onların şəxsi işidir. Bu hər kəsin ailəsində olur. Kənardan, 3-cü adamın müdaxiləsi yersizdir, olmaz. Bu incikliyin də övlad üçün tərbiyəvi əhəmiyyəti var. Çünki valideyn 99 faiz səhv edə bilməz. Övladın səhvi olur ki, valideyn ondan inciyir və sonra da barışır. Şükür Allaha oğlum Emillə münasibətimiz çox yaxşıdır”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov deyib. O daha sonra əlavə edib.

 

“Mən nəinki Emilə, bütün övladlarıma hərtərəfli dəstək olmuşam, bu gün də dəstəyəm. Nəinki Emil, heç bir övladım mənim sözümü yerə sala bilməz. Çünki onlar məni çox istəyir. Nə qədər ki, sağam mənimlə hesablaşırlar. Düzdür, hər birinin müəyyən qədər yaşı var, amma yenə də mənim üçün uşaqdırlar” deyə əməkdar artist bildirib.

 

Rəhman Rəhmanov oğlu Emilin azan verməsindən də danışıb.

 

“Alim Qasımov və Mənsum İbrahimovun azanına qulaq asmışam, çox yüksək səviyyədədir. Emil də məncə pis azan verməyib. Çox xoşuma gəlib. Mənə görə müğənninin avazı, səsi olmalıdır ki, o azan da versin, mahnı da oxusun” deyə aktyor bildirib.

 

Əməkdar artist seriallarda çəkilməməsinin səbəblərindən də danışıb.

 

“Serialda çəkilən aktyorlarımızın hamısına can sağlığı arzulayıram. Sözsüz ki, serialların çəkilməsi çox yaxşıdır. Seriallarda çəkilən sənətçilərimizin maddi durumları da yaxşı olur. Mən buna görə sevinirəm. Çox heyf ki, yaşım buna imkan vermir ki, bir dəftər sözü əzbərləyim. Sağ olsunlar, mənə təklif edirlər. Amma mən bu təklifləri qəbul etmirəm. Əgər fiziki imkanım buna çatmırsa, mən niyə kiməsə söz verib, sonradan ondan inciməliyəm?! Bir sözlə seriallarda çəkilməmək özümlə bağlıdır” deyə aktyor bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button