“BNA-nın əməkdaşları da həbs olunacaq…”

“Respublikamızda İctimai Nəzarət Şuraları hələ təzə-təzə yaradılanda mətbuatda böyük bir məqalə yazmışdım və bildirmişdim ki, həmin şuraların üzvləri bir-bir tutulacaq. Çünki həmin şuraları yaradanların tək bir məqsədləri var: fırıldaq yollarla onu-bunu aldatmaq, şantaj yolu ilə pul qazanmaq, rüşvətə təhrik etməklə rüşvət almaq!”

 

Bunu Moderator.az-a açıqlamasında nasir Xeyrəddin Qoca deyib. X.Qoca daha sonra əlavə edib:

 

 

“Bu şuralar niyə tez bir zamanda sürətlə yaradılmağa başlandı, onu da deyim: Şuraların adında “nəzarət” sözü var, ona görə! Nəzarət olan yerdə qorxutmaq, şantaj eləməklə pul əldə etmək imkanı var. Sovet dövründə Xalq nəzarəti komitələri var idi, onlar da bu işlə məşğul idilər! Ona görə də ləğv olundu!

 

Bu günlərdə fevral ayının 3-ü və 8-i arasında İctimai Nəzarət Şuralarının rəhbərlərindən iki nəfəri-Rasim Məmmədov və Ramil Şükürov artıq tutularaq, həbs ediliblər! Növbə o birilərinindir. Mən ilk gündən demişəm, yazmışam ki, İctimai Nəzarət Şuraları ləğv edilməlidir,vəssalam!

 

Bu fikirlər Bakı Nəqliyyat Ağentliyinə də aiddir. Yenə həmin idarə yarananda mətbuat orqanlarında dəfələrlə yazmışam ki, agentliyin əməkdaşlarının məqsədi Bakı nəqliyyatında qayda-qanun yaratmaq yox, qaz vurub qazan doldurmaqdır! Həm də təkcə mən yox, bir sıra mətbuat orqanlarının əməkdaşları da Bakı Nəqliyyat Agentliyinin özbaşınalıqları haqda tənqidi yazılar dərc etmişlər. Hamı şikayətçidir. Sürücülər maşınlarını bir saniyə saxlayan kimi, haradansa peyda olub  maşının şəklini çəkirlər, o dəqiqə də sürücünün telefonuna SMS gəlir ki, “siz filan nömrəli protokola görə 20 manat cərimə olunmusunuz”. 

 

Sürücülər də baş sındırırlar ki, axı, bu protokol nə vaxt, kim tərəfindən yazıldı? Şəxsən mən hər gün olmasa da, iki gündən bir cərimə ödəməkdən yorulmuşam! Təqaüdümün yarıdan çoxu BNA-nın “yaşamasına” gedir! Bu agentliyin işçiləri nə qədərdir ki, hər yerdə var? Güman edirəm ki, onların çoxu ştatda olmayan küçə adamlarıdır! Ayda ciblərinə filan qədər pul qoyurlar ki, Bakıda və rayonlarda küçələrin hər metrinə nəzarət etsinlər! Onların əlindən göz açmaq mümkün deyil! Hətta, yolları yarı bölüb, həmin xətlərə BUS yazıblar ki, hansı sürücü maşınını oradan sürsə, cərimə etsinlər! Əhaliyə belə xidmət göstərənsinizsə, bəs təcili yardım maşınları üçün niyə ayrıca yol ayırmırsınız? Çünki təcili yardım maşınlarının sürücülərindən pul qopara bilmirsiniz!

 

Bu günlərdə eşitdim ki, BNA-nı Bakı Şəhər İcra hakimiyyətinin nəzdində keçiriblər. Lap yaxşı ediblər! İndi görək BNA -nın əməkdaşları hansı yollarla camaatın cibinə girəcəklər!

 

Siz gedin, avtobus marşrutlarını müəyyənləşdirin! Sürücülərin tərbiyəsi ilə məşğul olun! İşə ləyaqətli sürücüləri qəbul edin! Harada tərbiyəsiz, yekəbaş, narkoman var, işə götürmüsünüz! Avtobusları “Jiquli” kimi sürürlər! Az qalır, balaca maşınların üstündən keçsinlər! Bir sözlə, çox həyasızlıq edirlər! Sərnişinlərə pul kimi baxırlar, onları kartof-soğan kimi daşıyırlar! Biri o birindən qabağa keçməyə çalışır ki, müdirlərinin qoyduğu planı da versinlər, özləri də qazansınlar!

 

Ayıbdır, yığışdırın bu özbaşınalığı!”.

 

Vasif Əlihüseyn

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button