“Çox adam elə bilir ki, mən Firəngizi qızışdırıram, xeyr, mən sadəcə onun gözünü açıram…”

“Efirlərə çıxmamağım, seriallarda çəkilməməyimin səbəbləri pandemiya ilə bağlıdır. Bacım Firəngiz Mütəllimova yüksək risk qrupuna daxil olduğu üçün mən də heç yerə getmirəm. Qorxuram ki, evə gəlib onu yoluxdura bilərəm. Gündə 20 dəfə evdə otura-otura əllərimi yuyub, spirtləyirəm. Deyirlər ki, evdəsən də, niyə bu qədər əllərini yuyursan? (gülür). Pandemiya hər kəsdə bir cürdür, məndə də belədir”

 

Bunu Moderator.az-a aktrisa-müğənni Nərgiz Mütəllimova deyib. O, daha sonra əlavə edib.

“Nə bacım, nə də ki, mən gündəmdə olmaq üçün nə efirlərə çıxmırıq, hardasa çəkilmirik. Pandemiyadan öncə çox sevdiyimiz dostlarımız var ki, onlardan təklif gələndə verilişlərinə gedirdik. Ona görə də indi dərd etmirik ki, biz efirlərə çıxmadıq, gündəmdən uzaq düşmüşük. Xeyr! Biz efirə çıxsaq da, çıxmasaq da tanıyırlar, hörmət edirlər. Firəngizin bizə dəstəyi böyükdür. Nəinki sənətdə, elə həyatda da. Onun adı, soyadı elə bizə bəsdir. Soyadımızı tanıtdırıb. Sənətdə də, həyatda da bəzən görürsən ki, ona görə bizə daha çox hörmət edirlər. Mən Firəngizin işinə çox qarışa bilmirəm, onsuz da o öz bildiyini edir. Amma bir bacı kimi məsləhət verirəm, sağ olsun ki, kiçik bacı olsam da məsləhətlərimə qulaq asır. Bəzən deyirəm ki, Firəngiz, filankəs sənə qarşı səmimi deyil. O bunu hiss edir, lakin o şəxsin qəlbinə dəymək istəmir. Bəzən də o mənə deyir ki, Nərgiz, filankəs görürsən sənə qarşı səmimi deyil?! Deyirəm ki, yox yaxşıdır. Amma sonradan görürəm ki, Firəngizin sözündə həqiqət var. Ona görə də çox adam elə bilir ki, mən Firəngizi qızışdırıram. Xeyr, Firəngiz öz ağlıyla, düşüncəsi ilə hərəkət edir, mən sadəcə onun gözünü açıram. Ümumiyyətlə, səmimi olmayan insanlardan hamımız uzaq qaçmalıyıq” deyə Nərgiz Mütəllimova bildirib.

 

Nərgiz Mütəllimova çətin günlərindən də danışıb.

 

“Mən həyatımı ikinci dəfə sıfırdan başlamışam. Bu hər insanın həyatında olur. Düşmüşəm və sonra yenidən qalxmışam. Düşəndə də, qalxanda da yanımda hər zaman doğmalarımı görmüşəm. Allah onları mənə çox görməsin. Mən özümü sındırmamışam, qürurlu, məğrur olmuşam. Hər zaman da belə olmaq istəyirəm. Allahdan özümə, doğmalarıma, əzizlərimə sağlamlıq arzulamışam” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button