“Deyirdi ki, nə vaxtsa bu evliliyin sonu olacaq…”

Vətən müharibəsində şəhid olan çavuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova onların ailə həyatından bəhs edən roman yazıb. 

 

Şəhid xanımı Moderator.az-a açıqlamasında kitabı həyat yoldaşının doğum gününə hədiyyə etdiyini bildirib:

“Roman bizim Farizlə tanışlığımızdan başlayır və şəhid olduğu günə qədər xatirələri qələmə almışam. Kitabda bir çox mövzulara toxunulub. Vətənpərvərlik, mübarizlik, ailə dəyərləri, milli dəyərlərimizin qorunması, müharibə mövzusundan bəhs edilir. Hələ Fariz sağ olanda deyirdi ki, bu xatirələri bir yerə toplamaq lazımdır. Mən də onun zarafatını ciddi qəbul etdim və onu gerçəkləşdirdim. O, bunu çox istəyirdi. Biz ailə qurandan bəri Fariz şəhid olacağını hiss edirdi. Deyirdi ki, nə vaxtsa bu evliliyin sonu olacaq. 

 

Kitabı 300 tirajla çıxardıq və artıq məhdud sayda qalıb. Ona görə də satışda yoxdur. Kitab istəyənlər hədsiz çoxdur və imkan olsa, yenə çap edəcəyik. O kitabı 11 aya yazdım. Fevralın 12-də Farizin ad günüdür və ona görə çalışdım ki, bunu çap edim və hədiyyə olsun”. 

 

Qeyd edək ki, Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Müddətdən artıq hərbi qulluqçumuz Fariz Həsənov Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Fariz Həsənov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button