“Hakimiyyət ölkəni uçuruma, türkləşdirilməyə, Qarabağın ermənisizləşdirilməsinə aparır”

Armen Rustamyan: Lukaşenkonun bəyanatı diplomatiyada nonsensdir, amma bunun səbəblərini Ermənistan özündə axtarmalıdır

 

Belarus prezidentinin bəyanatı diplomatiyada nonsesdir, amma bunun  səbəblərini Ermənistan özündə axtarmalıdır.

 

Bunu jurnalistlərlə söhbətində “Ermənistan” blokundan deputat, EDİF- in ( “Erməni Daşnaksütun İnqilabi Federasiyası”) nümayəndəsi Armen Rustamyan Belarus liderinin bəyanatını şərh edərkən deyib.

 

“Təbii ki, belə bəyanatlar olmamalıdır. Bu, beynəlxalq diplomatiya praktikasında nonsensdir, qalmaqallı epizodlardan biridir. Lakin səbəblərini özümüzdə axtarmalıyıq. Biz özümüz bizimlə belə danışmağa imkan veririk. Və bunu təkcə Lukaşenko etmir. Biz deyirdik ki, Ermənistan subyerenliyini itirib, özünü qorumaq və onunla hesablaşmaq üçün nüfuzu yoxdur, indi bunun gerçəklik olduğunu görürük. Bu, nəticələrdir. Lukaşenko düşündüklərini danışan, heç kimlə hesablaşmadan belə leksikondan istifadə edən mənfur şəxsiyyətlərdəndir. Amma bu, ciddi daxili problemlərdən və pərdəarxası baş verənlərdən xəbər verir”, – Rustamyan qeyd edib.

 

Deputat vurğulayıb ki, əgər baş nazir diplomatik korpusa hörmət etmirsə, birbaşa deyirsə ki, oraya “özününküləri” təyin etmək lazımdır ki, hamı düşünmədən hərəkət etsin, XİN-ə diplomatiyada təcrübəsi olmayanları təyin edirsə, bu, işə qeyri-ciddi yanaşmadır və nüfuzun itirilməsinə gətirib çıxarır.

 

Lukaşenkonun davranışlarına gəlincə, qiyməti Belarus xalqı verməlidir, – Rustamyan belə hesab edir. “Lukaşenkonun üslubunu təkrarlamaq lazım deyil, amma bu, yad liderlərin bəyanatlarında bizim alçaldılmağımızın təzahürüdür. Artıq Ermənistanın fikrinin nəzərə alınmaması faktdır. Biz anlamalıyıq ki, belə davam edə bilməz. Lukaşenko öz bəyanatlarını öz maraqlarını nəzərə alaraq verir. O, Ermənistanla strateji münasibətlərdə zərurət görmür, onun bəyanatı bunu deyir. Səbəbini özümüzdə axtarmalıyıq.

 

Nədən biz özümüzlə belə dildə danışmağa imkan veririk? Həm də biz indiyədək Ermənistan hakimiyyətindən rəsmi münasibət eşitmədik. Dövləti hakim qüvvə təmsil edir. Hakim qüvvənin lideri elə münasibətlər qurmalıdır ki, bizimlə belə dildə danışmasınlar. Ləyaqət haqqında təkcə müxalifət deyil, bütün xalq düşünməlidir.

 

Lukaşenkonun bəyanatları hələ yumşaq səslənir. Əliyevin bizim haqqımızda, şəxsən Paşinyan haqqında nə dediklərini xatırlayın. Cavabımız nə oldu?”, – Rustamyan xatırladıb.

 

O, vurğulayıb ki, vəziyyət məğlubiyyətimizin baiskarı yenidən hakimiyyətdə qaldıqdan sonra daha da pisləşib. 

“Bundan sonra bizə kim hörmət edəcək? Xalq məğlubiyyətlə barışıb”, – deputat qeyd edib.

 

Müxalifətin hərəkətləri barədə suala cavab verərkən, Rustamyan qeyd edib ki, kimsə hakimiyyəyin günahı ucbatından yaranan vəziyyəti müxalifətin düzəldəcəyini gözləyirsə, anlamalıdır ki, bu, yalnız onun hakimiyyətə gələcəyi təqdirdə mümkündür. “Əks halda müxalifət istədiyi qədər hiddət göstərə bilər, amma hakimiyyət bəyan edəcək ki, hər şey qaydasındadır. Hakimiyyətin funksiyasını müxalifətin üzərinə qoymaq lazım deyil”, – Rustamyan qeyd edib.

 

İttifaq dövlətinə daxil olmağın mümkünlüyü barəsində danışarkən, o, vurğulayıb ki, Ermənistan ilk növbədə suverenliyini qoruyub saxlamalı və öz taleyini özü həll etməlidir. “Əgər indiki kimi davam edərsə, bizim əvəzimizə həll edəcəklər. Elə təslim olmağımız kimi. Belə davam etsə, biz özümüz daha heç nəyi həll etməyəcəyik. Xalq ayağa qalxmalıdır. Hakimiyyət ölkəni uçuruma, türkləşdirilməyə, Artsaxın ermənisizləşdirilməsinə aparır”, – Rustamyan sözlərinə yekun vurub.

 

Novosti Armenii- NEWS.am

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button