“Rusiya Ukraynaya nəzarəti ələ keçirməklə ABŞ, Avropa və Çinlə paritet əldə etmək istəyir…”

Rusiya ilə Ukrayna arasındakı münaqişədə məqsəd nəticədə prezident Vladimir Putinin başçılıq etdiyi çoxmillətli orqanizmin bir hissəsinə çevriləcək Ukrayna dövlətinin geosiyasi tabeliyidir.

 

Moderator.az xəbər verir ki, bunu Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski Polsat News” portalına müsahibəsində bildirib. O, əmindir ki, Rusiya lideri Ukraynaya qarşı təcavüz məsələsini ciddi şəkildə nəzərdən keçirir və bu təhlükəni qiymətləndirməmək olmaz.

 

Polşanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin deputatı Radoslav Sikorski hesab edir ki, Rusiyanın fevralda keçirəcəyi nüvə təlimləri ilə bağlı məlumatlar çox da ciddi qəbul edilməməlidir. “Polsat Newsa verdiyi müsahibədə siyasətçi izah edib ki, bu, qorxutmaqdan başqa bir şey deyil. Üstəlik, Rusiya bütün resurslarından istifadə edərək bu ssenariləri hazırlayır. O, Polşa sərhədləri yaxınlığında keçirilən və sonda münaqişəni Rusiyanın şərtləri ilə həll etmək üçün həmişə guya NATO ərazisi üzərinə taktiki raketin buraxıldığı “Qərb” təlimini misal çəkib. “Burda elə bir şey yoxdur. Düşünmürəm ki, biz bunu çox da ürəyimizə yaxın qəbul etməliyik”, – deyə o vurğulayıb.

 

Radoslav Sikorski nəticədə prezident Putinin başçılıq etdiyi çoxmillətli orqanizmin bir hissəsinə çevriləcək Ukraynanın geosiyasi tabelikdə olmasının Rusiya ilə Ukrayna arasındakı münaqişədə əsas məqsəd olduğuna diqqəti çəkib. “O, Avropa, ABŞ və Çinlə paritetə, yəni bərabərliyə nail olmaq istərdi. Öz növbəsində, minimum plan aşağıdakından ibarətdir: nəticədə uğursuz dövlətə çevriləcək və rusiyalılar üçün nümunə olmayacaq Ukraynanı iqtisadiyyatın dağılması və ya məhv edilməsi perspektivi ilə qızışdırmaq”, – deyə o izah edib.

 

Söhbət əsnasında o, Vladimir Putinin 2008-ci ildə Budapeştdəki çıxışını da xatırladıb. “Putin o vaxt ilk dəfə Ukraynanın süni bir qurum olduğunu və sağ qala bilməyəcəyini söyləmişdi. Keçən ilki manifestində o, Ukraynanın parçalanması və ya tabe edilməsi haqqında da yazmışdı. Məncə, Putin Ukraynaya qarşı təcavüzə son dərəcə ciddi yanaşır. Bunun ağılsız plan olub reallığa çevrilməyəcəyini düşünmək səhvdir”, – deyə keçmiş nazir bildirib.

 

Polsat Newsa müsahibəsində Radoslav Sikorski Rusiyanın Qərb dünyasının qəti reaksiyasına təəccübləndiyindən əmin olan Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaçın fikri ilə razılaşdığını bildirib: “Düşünürəm ki, bu, Aİ-nin Krımın ilhaqına görə bu gün də qüvvədə olan sanksiyaları tətbiq edərkən Rusiyanın necə təəccübləndiyinə bənzəyir. Ola bilsin, Putinə elə gəlirdi ki, o, başda xanım Marin Le Pen olmaqla o qədər insanı ələ alıb ki, Qərbi iflic vəziyyətinə salacaq. Düşünmürəm ki, o, amerikalıların onun təxribatlarını qabaqlayacağını və ya Almaniyanın Ukraynaya təcavüz olacağı təqdirdə, sadəcə olaraq, “Şimal axını”nın olmayacağı deklarasiyasını bəyan edəcəyini gözləyirdi”.

 

Avropa Parlamentinin deputatı prezident seçkilərində qalib gələcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını bildirən Marin Le Penin sözlərini də cavabsız qoymayıb. “Əvvəllər o, Ukraynanın Rusiyanın təsir dairəsində olduğunu söyləmişdi. Bizim hakim partiyamız üçün yaxşı kompaniyadır”, – deyə o əlavə edib.

 

Keçmiş nazirin sözlərinə görə, NATO-nu genişlənməkdən çəkinməyə çağıran Çin-Rusiya bəyannaməsi yeni bir şey deyil və bu, heç də Qərb üçün təhlükəli olan yeni əməkdaşlığın doğulması deyil. “Bu, yeni ox deyil, artıq mövcuddur. Ruslar və çinlilər birgə təlimlər keçirirlər. Bu, demokratik dünyaya qarşı avtokratiyanın ittifaqıdır. Ukrayna ilə bağlı münaqişənin 2008-ci ildən genişlənmək üçün heç bir addım atmayan NATO-nun genişlənməsi ilə çox az əlaqəsi var, Rusiya isə Krıma, Gürcüstana və Donbasa daxil olub. Bu, Putinə təbliğat dəstəyi jestidir”, – deə o əlavə edib.

 

Polsat Newsun “yeganə demokratik ölkə nümayəndəsi olan Polşa Prezidenti Ancey Dudanın Pekində Qış Olimpiya oyunlarının açılışını ziyarət etməsini səhv hesab edir, yoxsa yox” sualına Sikorski belə cavab verib: “Bu baxımdan mən prezidenti müdafiə edərdim. Əlbəttə, Çin avtoritar ölkədir və insan hüquqlarını pozur, amma digər tərəfdən dünya əhalisinin dörddə birini yoxsulluqdan xilas edib və o, böyük dövlətdir. Bizi Çindən yalnız bir ümumi qonşu ayırır”, – deyə eks-nazir bildirib. “Diplomatiyada yalnız demokratik ölkələrlə danışmaq imtiyazı yoxdur. Bəziləri başa düşmür ki, həm Çin, həm də Rusiya ilə danışmaq lazımdır, xüsusən də onlar təhlükəli işlər görəndə”, – deyə Sikorski fikrini yekunlaşdırıb.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button