“Rusiyanı küncə sıxışdırmaq üçün…” – Diplomatlar Ukraynadan niyə təxliyə olunur?..

Ekspertlər hesab edirlər ki, bəzi ölkələrin diplomatlarının Ukraynadan çıxarılması panikaya səbəb ola bilməz. Sosial gərginliyin artması diplomatların ölkədən getməsi ilə bağlı açıqlamaların məntiqi nəticəsi olsa da, bütün bu ölkələr Ukraynanı dəstəkləməkdə sarsılmaz olaraq qalırlar və bu tədbirləri bir növ Rusiyanı küncə sıxışdırmaq üçün ona özünəməxsus tərzdə ultimatum vermək kimi qiymətləndirmək olar.

 

Moderator.az xəbər verir ki, bir neçə ölkə öz diplomatlarını Ukraynadan çıxarmaq qərarına gəlib və bu məlumatlar sosial gərginliyin artmasına zəmin yaradıb. Ekspertlər Novin 24 telekanalına Kiyevin bəzi müttəfiqlərinin niyə belə tədbirlər görmək qərarına gəldiyinə və ukraynalıların bundan narahat olub-olmadıqlarına dair açıqlama veriblər.

 

“Internews Ukraine” qeyri-dövlət təşkilatının Amerika üzrə eksperti Vladislav Faraponov əmindir ki, diplomatların ölkədən getməsi ilə bağlı qərar qəbul edərkən Ağ Ev ehtiyatlılıq mülahizələrindən çıxış edib. Ekspertin sözlərinə görə, Amerika vətəndaşlarına kovid epidemiyası və ya bu tipli digər problemlərlə bağlı təhlükə yarandıqda həmişə belə göstərişlər verilir. Yəni bu, kifayət qədər adi və artıq köklü təcrübədir.

 

SvitloVezha xəbər agentliyinin AD ASTRA SEO (sistem axtarışlar üzrə optimallaşdırma) analitik mərkəzinin informasiya siyasəti və ABŞ siyasəti üzrə eksperti Artur Koldomasov amerikalı diplomatik işçilərin evakuasiyasını Vaşinqtonda hazırlanmış planın bir hissəsi kimi nəzərdən keçirməyə meyllidir. O, həmçinin ABŞ nümayəndələrinin evə qayıtması ilə eyni vaxtda baş vermiş hadisəni, yəni NATO-nun əlavə qüvvələrinin alyansın şərq cinahına köçürülməsini xatırladıb. Bu onu sübut edir ki, Bayden administrasiyasında Rusiyanın necə hərəkət edəcəyini yaxşı bilirlər. “Diplomatların təxliyəsi özünəməxsus tərzdə ultimatum olaraq, Rusiyanı küncə sıxışdırmaq üçün risklərin artırılması planının bir hissəsidir. Bu, Vaşinqtonun yəqin ki, nə baş verdiyini anladığına və nə edəcəyini bildiyinə işarədir”, – deyə ekspert qeyd edib.

 

AD ASTRA SEO analitik mərkəzinin və Kanadanın CGAI (Canadian Global Affairs İnstitute) analitik mərkəzinin tədqiqatçısı Taras Prodanyuk ABŞ, Kanada, Avstraliya və Böyük Britaniya diplomatlarını xatırlayaraq bildirib ki, bütün bu ölkələr müvafiq qərar qəbul edərkən “Beş göz” (Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və ABŞ-ın birgə kəşfiyyat alyansı) formatı çərçivəsində mübadilə etdikləri müəyyən kəşfiyyat məlumatlarından yararlanıblar.

 

“Bu ölkələr geosiyasi baxımdan Ukraynadan çox uzaqdadırlar. Real təhlükə yaranarsa, diplomatik heyətin təcili təxliyəsi çox vaxt və böyük səy tələb edərdi. Aİ ölkələrinin diplomatları bunu daha asan və sürətli edə bilərlər”,deyə Prodanyuk vurğulayıb. Ekspert sosial gərginliyin artmasının diplomatların ölkəni tərk etməsi ilə bağlı açıqlamaların məntiqi nəticəsi olduğuna diqqəti çəkib, lakin xatırladıb ki, diplomatik nümayəndələrinin təxliyəsinə baxmayaraq, bütün bu ölkələr Ukraynaya dəstəyindən dönməzdir.

 

“Ukrayna prizması” saytının xarici siyasət şurasının eksperti Aleksandr Krayev həm ABŞ, həm də Böyük Britaniya diplomatlarının Ukraynanı tərk etməsi ilə bağlı həyəcana heç bir real əsasın olmadığını qeyd edib. Analitikin fikrincə, bu vəziyyətdə söhbət evakuasiyadan yox, diplomatik missiyanın adi ixtisarından gedir. Bu, tamamilə standart prosedurdur və Ukrayna ilə bağlı ilk belə hal deyil. Diplomatlar özləri bunu sadəcə olaraq missiyanın azaldılması – drawdown adlandırırlar. Sonuncu dəfə bu, ləyaqət inqilabı zamanı və covid pandemiyasının başlanğıcında baş vermişdi. Onların anlayışına görə, evakuasiya səfirliyin tamamilə boşaldılması deməkdir, lakin bu, qətiyyən planlaşdırılmayıb. Problem ondadır ki, bu, iş normadan artıq ictimai rezonansa səbəb olaraq, təəssüf ki, bir çox fərziyyələrə gətirib çıxardı”, – deyə Krayev bildirib.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button