“Əgər Putin Kiyevə hücum edərsə, dərhal Moskvaya cavab zərbəsi endirilməlidir…”

Polşanın sabiq prezidenti Lex Valensa bəyan edib ki, Putinə hörmət edib, amma indi Qərb sərtlik nümayiş etdirməlidir.

 

Moderator.az xəbər verir ki, bunu Do Rzeczy nəşri yazıb.

 

Valensa hesab edir ki, bütün dünya sıx birləşməli və Rusiyanın Ukraynaya “hücum etməsinə” imkan verməməlidir, “təcavüz” baş verəcəyi təqdirdə isə Moskvaya zərbə endirilməlidir. Rusiya dəfələrlə göstərib ki, onun belə planları yoxdur.

 

“Bu dəfə özümüzü kişi kimi aparmalıyıq. Mən Putinə böyük hörmətlə yanaşırdım, mən ona gah bir məsələdə, gah digər məsələdə dəstək verirdim. Amma o, çox uzağa gedib, ağını çıxarıb,  və indi geri çəkilmək olmaz. Onunla əlbir olmaq olmaz, çünki hər növbəti hücum əvvəlkindən daha pis olacaq”,- bunu “Jeçpospolita” qəzetinə verdiyi müsahibəsində Polşanın sabiq prezidenti Lex Valensa (Lech Walesa) bəyan edib və əlavə edib ki, “bütün dünya sıx birləşməli və Ukraynaya zərbə endirilməsinə imkan verməməlidir”.

 

“Əgər Putin Kiyevə hücum edərsə, dərhal Moskvaya cavab zərbəsi endirilməlidir. Hazırlaşmaq və bunu etməyi ona imkan verməmək lazımdır,- siyasətçi deyib.

 

Avropa İttifaqının mövqeyi, habelə Ukrayna böhranı kontekstində Fransa və Almaniyanın işğüzar maraqları barəsində suala cavabında o, belə şərh edib: “Əgər biz Putinə Ukraynaya hücum etməyə imkan versək, bu biznesdən nəticə etibarilə heç nə qalmayacaq”.

 

“Mən Putinə əvvəlkitək daha dəstək verməyəcəyəm, axı, söhbət böyük ölkədən gedirdi, mən bunu anlayırdım. Fəqət, indi ona hər hansı axmaq addımı atmağa imkan vermək olmaz”, – Valensa vurğulayıb.

 

Ukraynaya silah tədarükü məsələsini şərh edərkən, Valensa deyib: “Polşa əlindən gələn hər şeyi etməlidir, hətta könüllüləri cəlb və təşviq etməlidir, axı, söhbət bizim ümumi maraqlarımızdan gedir. 

 

Biz bütün qüvvələrimizi toparlamalı və onları Ukraynanın sərəncamına verməliyik”.

 

Yanvarın sonunda milli təhlükəsizlik bürosunun rəhbəri Pavel Solox ( Pawel Soloch) məlumat verib ki, Varşava Kiyevə müdafiə qurğularını verəcəkdir. Ukrayna hərbçiləri həmçinin dünyada öz sinfinə görə ən yaxşılarından sayılan “Pyorun” səyyar zenit raket komplekslərini də alacaq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button