“Ermənilər sivilizasiyadan uzaq, içi kin-küdurətlə dolu qeyri-insani məxluqdurlar…”

“Bu çox zəruri bir prosesdir. Azərbaycan yaxşı bilir ki, həmin adamların böyük əksəriyyəti həyatda deyil, onlara qanlı divan tutulub. Onların dəfn edilməsi məsələsi də insani, bəşəri qanunlarla deyil, vəhşi bir formada həyata keçirilib. Soydaşlarımızın necə dəfn edildiyini təsəvvür etmək üçün lənətə gəlmiş Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında yazdığı hadisələrə nəzər salmaq lazımdır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Qabil Hüseynli Ermənistanın 8 erməninin əvəzinə birinci Qarabağ savaşında öldürülən soydaşlarımızın məzarlıqlarının yerində soyqırım memorial kompleksinin tikilə biləcəyini deyib:

 

“Zori Balayan yazır ki, Livandan gəlmiş jurnalistlərlə birlikdə Daşaltıdan Xocalıya tərəf getmək istəyəndə qarşılarında bir gölməçə olur və oranı keçə bilmirlər. Bu zaman Ohanyan qışqırıb deyir ki, “gözləyin, indi ora körpü açacağıq”. Onlar öldürülmüş azərbaycanlıların meyitlərini ora ataraq körpü salırlar. Balayan yazır ki, “mən Xocalının ətrafına çatanda bizim qəhrəman əsgərimiz Ambarsun toplanmış 1200 azərbaycanlı meyitlərinin üstünə benzin tökərək od vurdu. Daha sonra onları buldozerlə kürüyərək dərəyə tökdü”. Yəni bunu ermənilər özləri də təsdiq edirlər. 

 

O adamlarımızın içində qadınlarımız da var və onların taleyi haqqında birmənalı fikir söyləmək çətindir, amma hər halda kişi əhalisinin hamısı həyatda yoxdur. Biz düşmənimizin bütün xarakteriylə bağlı kifayət qədər məlumatımız var. Onlar bütün ölənlərin hamısını toplu məzarlıqlara ataraq üstlərini torpaqlayıblar. Biz orda Quba Soyqırımı Memorial Kompleksi kimi bir kompleks də yarada bilərik. Bizə ilk öncə məlumat lazımdır. Onlar meyitlərin üzərində misli görünməmiş vəhşiliklər törədiblər və biz bunu açıb göstərməliyik ki, dünya bilsin. Fransızlar erməniləri sivilizasiyalı bir xalq kimi təsəvvür edir. Amma əslində ermənilər sivilizasiyadan, bəşər mədəniyyətindən uzaq, içi kin-küdurətlə dolu qeyri-insani məxluqdurlar.     

Bu hadisələr bir vandalizm faktıdır və biz bunun üstünü açmaq üçün əlimizdən gələni etməliyik.  Bu toplumun xislətini, vəhşi xarakterini və türk dünyasına qarşı nə qədər qəddar kökləndiklərini açıq göstərməliyik. Əlbəttə, toplu məzarlıqların da gündəmə gətirilməsi diqqət çəkən bir faktdır”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button