Rusiya istədiyinə nail olur… – Moskva sanki liderlərin müqəddəs ziyarət yerinə çevrilib…

Rusiya uzun müddət Qərbin onu ciddi qəbul etməməsindən şikayətlənirdi. İndi vəziyyət dəyişib: xarici siyasətçilər və yüksək səviyyəli diplomatlar Moskvaya sanki müqəddəs ziyarət yerinə gedirmişlər kimi axışırlar.

 

Moderator.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinin baş müxbiri Jak Şuster yazıb. Onun fikrincə, Putin can atdığı diqqət və hörməti gördü, Qərb isə Ukraynanı NATO-ya qəbul etməyəcəyinə söz verməlidir – belə bir güzəşt heç ağrılı olmayacaq.

Jak Şuster yazır ki, Almaniyanın birləşməsi danışıqlarından sonra ilk dəfədir ki, Rusiya o vaxtdan bəri arzuladığı diqqəti görür. Gündən-günə prezidentlər, xarici işlər və müdafiə nazirləri estafeti bir-birinə ötürərək Moskva ilə dialoqu davam etdirmək üçün Rusiyanın paytaxtına sanki müqəddəs ziyarət yerinə gedirmişlər kimi axışırlar. Rusiya prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransından tələb etdiyi də məhz bu idi: o, ölkəsinin ciddi qəbul edilməsini və böyük güc dövləti kimi tanınmasını istəyirdi.

 

Qərb ona bu cür hörmətdən imtina edirdi. ABŞ prezidenti Barak Obama istehza ilə Rusiyanı “regional güc” adlandıranda vəziyyət daha da pisləşmişdi. Real siyasət nöqteyi-nəzərdən o, haqlı idi, deyə müxbir iddia edir. Lakin ölkənin əhval-ruhiyyəsi real siyasətə aiddir, xüsusən də bu əgər nüvə dövlətidirsə. Makiavelli (XV əsr italyan mütəfəkkiri və siyasi xadimi – red.) bu mövzuda ən mühüm qaydalardan birini yadigar qoyub: məhv edə bilməyəcəyiniz heç kəsi alçaltmayın.

 

Ancaq Kremllə münasibətlərdə bu nümunəni xatırladan hər kəs nifrətlə qarşılanır və “Rusiyanı başa düşən” adı ilə damğalanırdı. Bu gün hər şey fərqlidir, – deyə məqalə müəllifi vurğulayır.

 

Bu gün hamı Rusiyanı anlayanlar da, Kremli tənqid edənlər də etiraf edirlər ki, Putinin Ukrayna ilə sərhəddəki həyasız oyunu onun ölkəsini dünya zirvəsinə qaytardı, – deyə müxbir bildirir.

 

Putin bir güllə belə atmadan bütün dünyada müzakirə mövzusu yaratmağı bacardı. Nəticə sadədir: dialoqlar, danışıqlar və Rusiyaya səfərlər davam etdirilməlidir.

 

Avropada sülhü və Ukraynanın müstəqilliyini qorumaq üçün soyuq müharibənin bəzi illərində olduğu kimi daimi danışıqlara ehtiyac var. Müxbirin fikrincə, belə nizamın sütunlarından biri Rusiyanın öz növbəsində Ukraynada dövlətçiliyin qorunub saxlanmasına zəmanət verəcəyi təqdirdə, NATO ölkələrinin Ukraynanı alyansa qəbul etməyəcəkləri barədə bəyanatı ola bilər.

 

Məqalə müəllifi vurğulayır ki, belə bir bəyanat heç də ağrılı güzəşt olmazdı. O xatırladır ki, hətta Vaşinqton Kiyevə NATO üzvlüyünü təklif etməyə hazır deyil. Çünki əgər Birləşmiş Ştatlar fərqli mövqe tutsaydı, Ukrayna çoxdan alyansda olardı.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button