“Barmağımızın beşini da bal edib ağızlarına salsaq, onlara heç bir xeyri yoxdur…”

“Bu qədər xeyirxahlıqlar, alicənablıq, tolerantlıq edirik, dəyərləri qoruyuruq, görün bizə düşmən kəsilən böyük dövlətlər bu haqda danışırlarmı? Amma vay halımıza ki, biz bir çöpün yerini dəyişən kimi dünyanı ayağa qaldırırlar. Bu qərəzin, tərəfkeşliyin olduğu müharibədə güzəşt olmamalıdır”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül erməni toplumunun planlı şəkildə hər dəfə təxribata cəhd etdiyini bildirib:

 

“Düşmənə qarşı baxış, dəyər, insaf, vicdan ölçüsü olmamalıdır. Zalıma qarşı zalım olmaq lazımdır. Xeyirxah, tolerant, alicənab olarlar, onda cavabın da görərlər. Qaldı ki, ermənilər insan deyil, şeytan, iblisdir. Dünyanın verdiyi analitik qiymət var. Dünyada bir neçə barmaqla sayılacaq şeytan xislətli, yersiz-yurdsuz, xəyanətkar, satqın, etibarsız, onun-bunun malına, torpağına göz dikən toplum var və onların da birincisi ermənilərdir. Bu min ilin söhbətidir. Allah insan da, şeytan da yaratdı. Sadəcə olaraq bu tayfa şeytandır. İndi biz təzədən Allahın qanunlarına qarşı çıxıb şeytanı döndərib mələk etmək istəyirik və bu da mümkün olan şeydir. Barmağımızın beşini da bal edib ağızlarına salsaq, nə onlara, də tərəfdarlarına heç bir xeyri yoxdur. Ermənilər əzəldən xəyanətkar, satqın yaranıblar. 

 

Ermənilərin qocasından tutmuş, cavanına qədər heç birinin dilində bir kəlmə barışıq sözü yoxdur. Hamısı deyir ki, türk bizim düşmənimizdir, torpağımızı işğal edib. Yəni bu qədər cəfəngiyyatı, yalanı danışan bir tayfa hansı barışıqdan danışır? Bunların hər bir addımı düşünülmüş xəyanətdir”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button