Gəncə Dövlət Universitetində nələr baş verir?

Az qala hər həftə Gəncə Dövlət Universiteti haqqında Moderator.az-a bu və ya digər formada şikayət məktubu gəlir. Ancaq biz qarşı tərəfin mövqeyini əldə edə bilmədiyimizdən bir qayda olaraq həmin şikayət məktublarını yaymırıq. 

 

Amma bu dəfə şikayətçilər bütöv bir qrupun tələbələri olduğundan və onlar israrla bu şikayətlərinin Moderator.az-da getməsini, eyni zamanda Təhsil Nazirliyi rəhbərliyinin diqqətinə çatdırılmasını xahiş etdiklərindən GDU-da nələr baş verdiyini oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik. 

 

Məsələ burasındadır ki, universitetin Xarici dillər fakültəsi 4-cü kurs tələbələrindən bir qrupda 21 tələbə 16 kəsilib, yəni qeyri-məqbul qiymət alıb. Halbuki bundan əvvəl 3 test imtahanı tələbələr əla nəticələr əldə edib. (Tələbələr həmin nəticələri də Moderator.az-a göndəriblər) Amma bu şifahi imtahanı müəllimə qiymətləndirdiyi halda 16 uşağı kəsib.

 

Bir neçə valideyn xarici dillər dekanı Əjdər müəllimlə əlaqə saxlayaraq bildiriblər ki, bir halda ki, bir qrupdan 16 nəfər kəsilirsə, belə çıxır ki, həmin qrupa ümumiyyətlə ya dərs keçilməyib, ya da dərs çox yartımaz şəkildə keçilib. Tələbələr nəticələrdən narazı qalıblar və aldıqları qeyri məqbul nəticə ilə barışmırlar.

 

Tələbələrdən birinin müraciətini təqdim edirik:

 

“Mən Gəncə Dövlət Universitetinin, Xarici Dillər fakültəsinin 4cü kurs tələbəsiyəm. Fakültəmizdə baş verən ədalətsizlik artıq bizi çilədən çıxarır. İmtahanlarda balımızın əksik göndərilməsi bəs deyilmiş kimi, sonuncu şifahi imtahanımızda qrupun yarıdan çoxunu kəsiblər. Rektorumuz Yusubov Yusif və Əsgərov Əjdər bəyin “tələbələrə güzəştlər olunsun, 4cü kursları kəsməyin” əmrinə baxmayaraq bizi sıxışdırırlar və şikayətlərimizə cavab verməkdən boyun qaçırırlar. Biz miq, magistr eyni zamanda sessiya imtahanlarına hazırlaşırıq. Buna rəğmən ən çox haqsızlıq görən də bizik. 4 illik təhsil həyatımız bizə əsəbdən başqa nəsə qazandırmadı. Xahiş edirik şikayətimizi işıqlandırın.”

 

Biz də təhsil naziri Emin Əmrullayevə müraciət edərək GDU-da baş verənlərlə bağlı araşdırmalar aparılmasını, günahkarların cəzalandırılmasını gözləyirik. Mövzunu diqqətdə saxlayacağıq. 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button