Bayden yenə çaşdı… – Bu dəfə Ukraynanı Əfqanıstanla qarışdırdı…

Qorxuruq, ABŞ-ın bu “Brejnevi” bir dəfə də çaşıb nüvə raketinin düyməsini basa və sonra da deyə ki, bağışlayın, səhv etmişəm…

 

ABŞ prezidenti Bayden “NBC” telekanalına müsahibəsində  çaşaraq Əfqanıstanı Ukrayna və İraqla qarışdırıb.

 

Moderator.az xəbər verir ki, bu haqda Lenta.ru məlumat yayıb.

 

Ağ Ev rəhbəri Əfqanıstandakı 20 illik hərbi kampaniyadan sonra Amerika qoşunlarının respublikadan çıxarılmasının zəruriliyini əsas gətirməyə çalışarkən kobud səhv edib. Bayden əvvəlcə Əfqanıstanı “Ukrayna” adlandırıb. Bundan sonra onu İraqla qarışdırıb və sonda  üzr istəyib.

 

“Bizim Ukraynanı birləşdirmək üçün zərrə qədər imkanımız yox idi. Yəni bağışlayın, İraq… Əfqanıstanı! Buna nail olmaq mümkün deyildi”- ABŞ lideri belə danışıb.

 

Eyni müsahibədə Bayden amerikalıları Ukraynada münaqişənin gərginləşməsi ehtimalına görə bu ölkəni tərk etməyə çağırıb.

“Bu, tamamilə fərqli bir vəziyyətdir”- deyə Amerika prezidenti bildirib.

 

Bayden bir müddət əvvəl Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ona qarşı mümkün tədbirlərdən danışarkən də çaşqınlıq nümayiş etdirmişdi. Siyasətçi Almaniya kansleri Olaf Şolzla görüşündən sonra mətbuat konfransındakı çıxışında az qala Almaniyanın Ukraynaya hücum etməyi planlaşdırdığını söyləmişdi.

“Əgər Almaniya… Rusiya işğal etsə…” –  deyə ABŞ lideri növbəti səhv buraxmışdı…

 

P.S. Qorxuruq, ABŞ-ın bu “Brejnevi” bir dəfə də çaşıb nüvə raketinin düyməsini basa və sonra da deyə ki, bağışlayın, səhv etmişəm…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button