Naməlum kişi ona toxunmayacağını vəd edib, sonra birlikdə duş qəbul etməyi təklif edib…

ABŞ-da bir kişi 17 saat ərzində bir təqaüdüçü qadını girovluqda saxlayıb. Qadını Wordle oyunu xilas edib, onun nəticələrini qadın hər gün öz qızına göndərib.

 

Həmin axşam qızı anasından növbəti məlumatı almayıb, ona görə də polis çağırmağı qərara alıb, – BBC  telekanalı məlumat verib.

 

İllinoys ştatının Linkolnvud şəhərciyindən olan 80 yaşlı Dəniz Holt fevralın 5-də evdə olarkən çılpaq kişi evə soxulub.

 

Qadın bu zaman yatırdı. O, danışıb ki, kişi içəriyə daxil olmaq üçün pəncərəni sındıran zaman aldığı kəsiklərdən qan içində olub.

 

Qadının sözlərinə görə, naməlum kişi onun çarpayısında əyləşərək qayçıları ona tərəf yönəldib, ona toxunmayacağını vəd edib, daha sonra birlikdə duş qəbul etməyi təklif edib.

 

Vanna otağını axtararaq kişi Dənizi evin hər tərəfinə gəzdirərək, mətbəxdə bıçaq götürüb, sonradan təqaüdçü qadını zirzəmiyə salıb.

 

Moderator.az-ın xəbərinə görə, SBS2 telekanalının müxbirinə müsahibəsində Dəniz danışıb ki, çılpaq kişi onu əllərində bıçaq evdə gəzdirərkən tükürpədici qorxu keçirib. 

 

“Mən sağ qalacağımı düşünmürdüm. Mən şokda idim”, – təqaüdçü qadın danışıb.

 

Yaşlı qadın 17 saat zirzəmidə zülmət içində keçirib. Qızınmaq üçün o, fiziki hərəkətlər edib. Bu müddət ərzində kişi evdə olub.

 

Ölkənin digər başında, Sitldə Dənizin Meredit Holt-Kolduell adlı qızı görüb ki, anası sms-lərə cavab vermir və özünün gündəlik tapmacasının nəticələrini dərc etməyib.

 

Bu, Merediti təəccübləndirib, çünki bilirdi ki, tapmaca anasının gündəlik məşğuliyyətidir və onu heç vaxt yaddan çıxarmır.

 

Həyəcanlanan qadın nə baş verə biləcəyini yoxlamaq üçün anasının evinə polisləri çağırıb.

 

Qanun keşikçiləri evə gələrək 32 yaşlı kişini saxlayıblar. Qarşıdurma bir neçə saat davam edib, nəticədə xüsusu təyinatlı qrup cinayətkarı tutmaq üçün elektrik şokundan istifadə etməli olub.

 

KİV-lər məlumat verib ki, kişidə ruhi xəstəlik var. Hal-hazırda ona bir neçə, o cümlədən soyuq silah tətbiq etməklə evə basqın etmə, ağırlaşdırıcı vəziyyətdə girov saxlama və polisə hücum etmə ittihamları irəli sürülüb.

 

Dəniz Holtun özü hadisə zamanı zərər çəkməyib və güman edir ki, onun bəxti gətirib və vaxtında yardım alıb, bu da, çox güman ki, onun həyatını xilas edib.

 

Wirdle hər gün yenilənən oyundur, istifadəçilərə beş hərfdən ibarət sözü tapmaq üçün altı cəhdə imkan verilir. Bu oyunu 2021-ci ilin oktyabrında işə salıblar və qısa müddətdə populyarlıq qazanıb.

 

O da məlumdur ki, bu gün dünyada milyonlarla insan Wordle oyununu oynayır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button