“Qarşıdakı dönəmdə çox maraqlı proseslərin və hadisələrin şahidi olacağıq”- polkovnik

“Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana qarşıdakı səfəri çox mühüm əhəmiyyət kəsb edəcək”.

 

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu qardaş ölkə prezidenti R.T.Ərdoğanın may ayında Azərbaycana reallaşdırılması planlaşdırılan səfərindən gözləntiləri barədə Musavat.com-a açlıqlamasında bildirdi.

 

Hərbi ekspertin sözlərinə görə, əslində biz yaxın vaxtlarda həm qardaş ölkə liderinin, həm də Azərbaycan prezidentinin, həmçinin iki ölkə rəsmilərinin çoxsaylı səfərlərinin davamlı şahidi olacağıq:

 

“Xüsusən 44 günlük Vətən savaşından sonra yaranmış yeni reallıq və vəziyyət bunu deməyə əsas verir ki, bundan sonra biz belə mühüm və vacib səfərlərin adi iş rejimi formasına keçməsini müşahidə edəcəyik. Sözsüz ki, bu bizi istəyən və dəstəkləyən qüvvələri sevindirəcək, eyni zamanda düşmən çevrələri əməllicə qıcıqlandıracaq.

 

Sadə dillə desək, münasibətlər adi gündəlik münasibətlər şəkilində formalaşacaq. Zatən bu belə də olmalı idi. Bakı və Ankara arasında sarsılmaz müttəfiqlik bağları daha da möhkəmlənəcək və yeni müstəviyə keçəcəkdir. Onu da unutmayaq ki, Ərdoğanın son zamanlarda sayca 3-cü səfərindən sonra da tərəflər arasında bütün sahələrdə yeni canlanma və fəaliyyət dairəsi daha da genişlənəcək”. Polkovnik Cəfərov şübhə etmir ki, Şuşa Bəyannaməsindən sonra mütləq mənada qardaş ölkənin Azərbaycan ərazisində yaxın dönəmlərdə hərbi kontingentinin olması məsələsi də həm gündəmə gələcək və reallaşacaq: “Bunun üçün həm siyasi, həm də hüquqi baza yaranıb və yaxın aylarda bu daha da möhkəmlənəcək. Şuşa şəhərində Türkiyənin diplomatik nümayəndəliyinin açılması da start götürəcək. Qarşıdakı dönəmdə çox maraqlı proseslərin və hadisələrin şahidi olacağıq. Azərbaycanın xeyli həllini gözləyən regional məsələlərdə mövqeyi güclənəcək və bəzi siyasi və hərbi qüvvələr öz davranışlarına yenidən baxmalı olacaqlar. Proseslər asan getməyəcək, ancaq iki qardaş dövlətin eyni mövqe sərgiləməsi çox faydalı olacaq. Xüsusən də ölkəmizin milli maraqları baxımından, mənim buna zərrə qədər də şübhəm yoxdur”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button