Türkiyə və Ermənistan arasında əsas danışıqlar yazda İrəvan və İstanbulda aparılacaq…

Ermənistan və Türkiyə arasında əsas danışıqlar yazda İrəvan və İstanbulda keçiriləcək. Türkiyə İsrail, Ermənistan və BƏƏ ilə münasibətləri normallaşdırmaq üçün ciddi addımlar atacaq.

 

Moderator.az xəbər verir ki, bu haqda “Vatan” qəzeti məlumat yayıb.

 

Qəzet Ermənistanla münasibətlərin normallaşması ilə bağlı yazır ki, fevralın 24-də Vyanada keçiriləcək ikitərəfli görüşdən sonra əsas danışıqlar yazda İrəvan və İstanbulda aparılacaq.

 

Xatırladaq ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də  Moskvada baş tutub. Türkiyə XİN-dən ikinci görüşün yeri və tarixinin daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcəyi bildirilib.

 

2020-ci ildən bəri Türkiyə və Ermənistan arasında durdurulan birbaşa təyyarə səfərləri isə bu il fevralın 2-dən bərpa edilib…  

 

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button