Xeyriyyəçiliklə ölkədə iqtisadi artımı stimullaşdırmaq mümkündür… -ARAŞDIRMA

“ABŞ-da adambaşına 100 dollarlıq ianə ÜDM-in artımında 1800 dollardan çox stimul yaradıb…”

 

“Azərbaycanda  varidatları xarici ölkələrdəki banklara, mülklərə axan yüzlərlə leqal və qeyri-leqal oliqarx, iş adamı mövcuddur. Onların hər biri varidatlarının qırxda birini ölkə iqtisadiyyatına, xeyriyyəçiliyə sərf etsə, məmləkətdə bir nəfər də yoxsul qalmaz…”

 

“Amerikalılar hələ 2006-cı ildə xeyriyyəçiliyə 300 milyard dollar ayırıblar ki, bu da 33 ölkədən başqa bütün ölkələrin ümumi daxili məhsulundan  çoxdur…”

 

Son onilliklərdə planetimizi bürüyən ifrat yoxsulluq, aclıq, susuzluq probleminin əsas səbəbi dünyadakı sərvət və gəlirlərin ədalətsiz bölünməsidir. Eyni zamanda hədsiz gəlirli insanların yoxsullara, aclıq və susiuzluq çəkənlərə yardıma vadar etmək də ciddi bir problemdir. Nə yazıqlar ki, dünyada, o cümlədən Azərbaycandakı bir sıra zəngin şəxslər xeyriyyəçilik etməklə kasıblara, imkansızlara əl tutmaqla varidatının azalacağını zənn edir… Lakin dinimiz İslam, əksinə, sədəqə verən və halal işlərlə məşğul olan insanların gəlirlərinin artacağını təbli edir. Bu formula artıq Qərb alimlərinin iqtisadi-sosial araşdırmaları da təsdiqləyir. 

Psixoloq-məsləhətçi, “transaksiya təhlili” istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın Moderator.az-ın  dəyərli oxuculara tərcüməsini təqdim etdiyi “Xeyriyyəçilik ölkənin iqtisadi artımını necə stimullaşdırır?” başlıqlı yazısında da məhz bəhs edilən mövzudan gedir:

 

“Hədislərin birində deyilir: “Sədəqə maldan heç nəyi əksiltməz” (Müslim). 

Amerikalı ekspertlərin son araşdırmalarına görə, ianələr donorların gəlirlərini nəinki azaltmır, əksinə  artırır… 

Faktiki dəlillərə əsaslanan statistik məlumatlar təsdiq edir ki, xeyriyyəçilik yalnız ayrı-ayrı şəxslərin deyil, bütün ölkələrin rifahını stimullaşdırır. Nümunə kimi demək olar ki, ABŞ xeyriyyəçiliyin yüksək səviyyədə olduğu bir ölkədir. “Giving U.S.A.” fondunun araşdırmalarına görə,  amerikalılar 2006-cı ildə xeyriyyəçiliyə demək olar ki, 300 milyard dollar ayırıblar ki, bu da 33 ölkədən başqa bütün ölkələrin ümumi daxili məhsulundan (daxildə istehsal olunan mal və xidmətlərin illik dəyəri) çoxdur.   Bu ianələrin dörddə üçündən çoxu fiziki şəxslərdən gəlib. Əlavə araşdırmalar göstərir ki, amerikalıların 65-85 faizi hər il xeyriyyəçiliyə ianə verir. Bunun vətəndaşların rifah səviyyəsi ilə necə əlaqəsi var?  Sosial Kapitala İcma Nəzarəti  Birliyi (“S.C.C.B.S”)  2000-ci ildə tamamlanan sorğu keçirib. Birləşmiş Ştatlarda 40-dan çox icmada təxminən 30.000 insan arasında aparılan sorğu bu günə qədər amerikalıların vətəndaş həyatında iştirakına dair yeganə məlumat mənbəyidir. Təhsil, yaş, irq, din və digər şəxsi xüsusiyyətlərin fərqlərini nəzərə alan Birlik xeyriyyə işləri ilə məşğul olan insanların etməyənlərə nisbətən əhəmiyyətli dərəcədə daha çox pul qazandığını müəyyən edib…

 

Tədqiqatlar göstərib ki, gəlirin 10 faiz artması təqribən 7 faiz verməyi stimullaşdırır və insanlar xeyriyyə işlərinə daha çox xərcləyəndə daha da varlanırlar. Yəni,  xeyriyyəçiliyin  artması yalnız daha yüksək gəlirlə əlaqəli deyil, bu, gəlirin artmasına səbəb olur. Məsələn, iki eyni ailəni (sayı, yaşı, irqi, dini, təhsili, siyasi baxışları) təsəvvür etsək, lakin onlardan biri ikincidən 100 dollar çox ianə verirsə, birincisi orta hesabla “səxavət nəticəsində” daha 375 dollar qazanacaq. Necə ola bilər? Bu, statistik anomaliyadır, yoxsa metafizik hadisə?  Sədəqə vermək, xeyriyyəçilik və firavanlıq arasındakı əlaqə mexaniki olmasa da, bunun üçün əsaslı izahatlar var… 

 

Psixoloq və nevroloqlar insanı səmərəli və uğurlu edən bəzi xüsusiyyətləri müəyyən ediblər. Məsələn, Oreqon Dövlət Universitetində aparılan yeni araşdırmalar göstərir ki, xeyriyyəçilik beynin qida və sığınacaq kimi əsas ehtiyaclarla əlaqəli olan kaudat nüvəsi(1) və akumbens nüvəsi(2) adlanan hissələrini stimullaşdırır. Bu o deməkdir ki, beyin xeyriyyəçiliyi “əsasən yaxşı” bir şey kimi qəbul edir. Təcrübələr də göstərib ki, insanlar özlərini mehriban aparmağa başlayandan sonra hakimiyyət vəzifələrinə seçilirlər(ABŞ-da- S.L.). 

 

Xeyriyyəçiliyin maddi gəliri yalnız fərdlərə paylanması ilə məhdudlaşmır. İanələrin bütün iqtisadiyyat səviyyəsində gəlirləri artırdığına dair sübutlar var. Biz bunu  xeyriyyəçiliyin orta ailə payına və zamanla dəyişən adambaşına düşən ÜDM-ə nəzər salmaqla nümayiş etdirə bilərik. ABŞ hökumətinin inflyasiya və əhali dəyişikliklərinə uyğunlaşdırılmış məlumatları göstərir ki, Amerikada adambaşına düşən ÜDM son 50 ildə təxminən 150 faiz artıb. Eyni zamanda adambaşına düşən xeyriyyəçilik səviyyəsi təxminən 190 faiz artıb. Fərdi gəlirlərdə olduğu kimi, ÜDM və xeyriyyəçiliyin əlaqəli olduğuna dair göstəricilər var: iqtisadi artım xeyriyyəçiliyə, xeyriyyəçilik isə iqtisadi artıma təkan verir. ABŞ-ın Statistik Annotasiya Mərkəzi və İndiana Universitetində Filantropiya Mərkəzinin məlumatları da nümunələr verir: 2004-cü ildə hər amerikalının cibinə daxil olan 100 dollar əlavə gəlir adambaşına təxminən 1,47 dollar əlavə xeyriyyəçilik verib. Eyni zamanda adambaşına 100 dollarlıq ianə ÜDM-in artımında 1800 dollardan çox stimul yaradıb. Sosial gəlirin bu nisbəti göstərir ki, xeyriyyəçilik təkcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə ölkənin iqtisadi artımında müsbət rol oynayır. Bu baxımdan xeyriyyəçilik mömin üçün yalnız dini əmələ və öz vəziyyətinin yaxşılaşmasına deyil, həm də vətənpərvərlik təzahürünə çevrilə bilər.

 

P.S. Azərbaycanda  varidatları xarici ölkələrdəki banklara, mülklərə axan yüzlərlə leqal və qeyri-leqal oliqarx, iş adamı mövcuddur. Onların hər biri varidatlarının qırxda birini ölkənin iqtisadiyyatına, xeyriyyəçiliyə sərf etsə, məmləkətdə bir nəfər də yoxsul qalmaz…

 

İzahat:

 

1. Kaudat nüvəsi – beyni təşkil edən strukturlardan biridir corpus striatumbir hissəsidir bazal qanqliya. Kaudat nüvəsi roluna görə uzun müddət motor prosesləri ilə əlaqələndirilir Parkinson xəstəliyi[aydınlığa ehtiyac var] daxil olmaqla motorlu olmayan digər funksiyalarda da mühüm rol oynayır prosedur öyrənmə, assosiativ öyrənmə və inhibitor nəzarət hərəkəti və digər funksiyalar arasında. Kaudat eyni zamanda mükafat sistemi və hissəsi kimi fəaliyyət göstərir kortiko–bazal qanqliya–talamik ilmə. //wikifaz.icu/wiki/Caudate_nucleus

 

 

 

Tərcümə və təqdim etdi: Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button