ABŞ-ın nüfuzlu “The National İnterest” nəşri: Putin Ukraynanı artıq itirib…

Putin Ukraynanı anlamır. Ukraynaya nə Putin, nə “rus ideyası” gərəkdir – bunu ukraynalı siyasətçi Daniil Lubkivski bəyan edib.

 

Lakin Kremlin geriyə çəkilmək fikri yoxdur,  “qisas almağa” və “revanş” götürməyə çalışacaq. Bu zaman Rusiyanın təkid etdiyi Minsk razılaşmaları rədd edilib. Lubkivski Ukraynanın gələcəyinin qeyri-müəyyən olmasından gileylənir və sual edir: Qərb müdaxilə edəcəkmi?

 

Prezident Co Bayden bundan sonra da liderlik keyfiyyətlərini nümayiş etdirərsə, Vladimir Putini cilovlamaq mümkün olacaq.

 

Ukrayna ətrafında Rusiyanın hərbi mövcudluğu ukraynalıları sıx birləşdirib və milli həmrəylik hisslərini möhkəmləndirib.

 

Sosial şəbəkələrdə fləşmob təşkil edilir, onun iştirakçıları Ukrayna bayrağı fonunda şəkil çəkdirir və ölkəni müdafiə etməyə hazır olduqlarını nümayiş etdirirlər. Rusiya prezidenti sərhədi keçə bilər və Ukraynaya ağrı törədə bilər, amma onu əsarət altına sala bilməz. Əksinə, ukraynalıların 45 faizi əllərində silah ölkəni müdafiə etməyə hazırdır, bunu fevralda keçirilən rəy sorğusunun nəticələri göstərir. Bu misli görünməyən rəqəmlərdir və Rusiyanın Ukraynaya qarşı törətdiyi və Krımı ələ keçirdiyi 2014-2015-ci illərin göstəricilərini üstələyir.

 

Ukraynalılar Putinin öz qonşularına zorla qəbul etdirmək istədiyi təftişçi adlanan “rus ideyası”nı rədd edirlər. Siz ruslarsınız, ukraynalı deyilsiniz, – Putin 2021-ci ildə yazdığı məqalədə bəyan edib.

 

Qərbdə çoxları bunu yersiz və gülməli adlandırıb. Təftişçi Putin Ukrayna milli şüurunu və dövlətçiliyini rədd edir. Onun niyyəti sadədir: Ukrayna həmişəlik Rusiyadan asılı olan vassal dövlət kimi qalacaq. Putinin Ukrayna ilə münasibətlərini hədələr və silah gücü ilə qurmaq niyyəti “rus ideyası”nın iflasından xəbər verir.

 

Eyni zamanda dünya özü üçün Ukraynanı və onun milli özünüdərkini kəşf edir. Tarixdə hələ heç zaman Qərb Ukrayna uğrunda bu qədər yekdilliklə mübarizə aparmayıb. Ölkə dünya tarixinə dönür və Avropada özünə haqq etdiyi yerini tutur. Bu, rus çarlarında, sovet diktatorlarında, indi isə hazırki Rusiya rəhbərliyində böyük qorxu yaradıb, ona görə ki, bu rəhbərlik ağlasığmaz bir şeyə- öz ölkəsini islah etməyə məcburdur.

 

Vaşinqton xəbərdarlıq edir ki, Putin yenidən Ukraynaya zərbə endirə bilər və liderlik keyfiyyətlərini nümayiş etdirərək, Ukraynanın Qərb tərəfdaşlarını sıx birləşdirir və Rusiyanın müdaxiləsi baş verəcəyi təqdirdə onları cəza tədbirlərinə ruhlandırır.

 

Prezident Vladimir Zelenski hesab edir ki, Qərbin ucadan xəbərdarlığı həddən artıqdır. Bu, belə deyil. Putin Avropanın təhlükəsizlik arxitekturasını yenidən yazmaq, NATO-nu parçalamaq, Ukraynanın Qərbə doğru hərəkərinə mane olmaq və Birləşmiş Ştatları alçaltmaq istəyir.

Qərbin vaxtında və güclü reaksiyası Putinin Ukraynaya qarşı yenidən güc tətbiq etmək qətiyyətini zəiflədib. Lakin biz heç bir ssenarini istisna edə bilmərik. Putin məkrlidir, onun hesablamaları bizimkindən fərqlidir.

 

Lakin başlıca nəticələr aydındır.

 

Bugünkü Ukraynaya nə Putin, nə də “rus ideyası” gərəkdir. Amma Kreml geriyə çəkilmək niyyətində deyil. Əksinə, o, qisas almağa və revanş götürməyə cəhd edəcək.

 

Kreml Ukraynada rəhbərliyə rusiyayönümlü əlaltısını gətirmək kimi gülməli plan işləyib hazırlaya bilər. Lakin o, uğursuzluğa düçar olacaq. Putin və onun yaxın ətrafı müasir Ukraynanı anlamır. Bizə müstəqillik lazımdır, biz Putinin müqəvvası deyil, Avropanın bir hissəsi olmaq istəyirik.

 

Putin anlayır ki, strateji hərbi manevrlər onun ən güclü silahıdır. Bu resursu tükənən adlandırmaq olmaz, amma o, səmərəsizdir. Lakin birbaşa hərbi əməliyyatlar  Kremlə manevr etmək üçün məkanı daraldacaq və ona Qərbə təzyiq göstərməyə mane olacaq. Ona görə də Putindən müxtəlif səpkidə reaksiyalar gözləmək lazımdır. Rusiya prezidenti yəqin ki, elektrik enerjisini və istiliyi kəsmək, həmçinin kiberhücumlar kimi metodlardan istifadə edəcək ki, ölkədə sabitlik pozulsun, sonra hərbi əməliyyatlara başlasın. Putin Ukraynanı o dərəcə zəiflətmək istəyir ki, onun seçim imkanı qalmasın və danışıqlar masası arxasında təslim olsun.

 

Kreml həmçinin özünün Qərblə dialoqundan strateji sabitlik və silahlar üzərində nəzarət məsələlərində maksimum dividendlər əldə etməyə çalışacaq. Əgər müdaxilənin qarşısını almaq mümkün olarsa, Putin dünyanın aparıcı böyük dövlətləri ilə danışıqlar masasında özünə yer tələb edəcək və onlardan daha çox güzəştlər qoparmağa cəhd edəcək. Belarusun ilhaqı, elan edilməsə belə, indiki böhranın daha bir nəticəsi olacaq.

 

Rusiyadan Ukraynaya və Qərbə qarşı hibrid müharibəsinin davam etməsini gözləmək lazımdır, bunun da məqsədi Ukraynanı “boz zona”ya salmaq və onu NATO-ya və Avropa İttifaqına daxil olmaq, habelə ölkəyə lazım olan iqtisadi inkişaf şansından məhrum etməkdır.

Belə vəziyyətdə Rusiya təbliğatı sevinclə Qərbəleyhinə isteriya yaradaraq ukraynalıları münaqişədə Ukraynaya xəyanət edən Vaşinqtonun əli olduğuna inandırmağa cəhd edəcək.

 

Yaxşı xəbər odur ki, əgər Qərb dərhal hərəkətə keçərsə, prezident Co Bayden bundan sonra da liderlik xüsusiyyətlərini nümayiş etdirərsə, Putini cilovlamaq mümkün olacaq.

 

Bayden bizim Atlantik tərəfdaşlarımızla geniş Avropa dialoquna yardım etməli, bu zaman bizim ümumi dəyərlərimizə və təhlükəsizliyimizə istinad etməlidir. Belə dialoqun məqsədi Qərbin ictimai fikrini səfərbər etmək və Kremlin yeni ideoloji hücumlarına qarşı immuniteti formalaşdırmaqdır. Biz heç bir halda Ukraynanın NATO və Avropa İttifaqında üzvlüyü idsyasından əl çəkməməliyik. Biz vaxtilə, Konrad Adenaurerin zamanında Qərbi Almaniyanın etdiyi seçimi etməliyik. Lakin Qərb heç bir halda bizə Minsk razılaşmalarının zəhərli piyaləsini sırımamalıdır. 

Putin Ukraynanı itirib, amma bizim gələcəyimiz qeyri-müəyyəndir.

Qərb müdaxilə edəcəkmi?

 

Daniil Lubkivski (Danylo Lubkivsky)- Kiyev təhlükəsizlik forumunun direktoru və xarici işlər nazirinin sabiq müavini.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button