“Kasıb süfrədə bu günümüzü xoşbəxt ailə cütlüyü kimi həmişə qeyd edirdik…”

“Bu gün Farizin 35 yaşı tamam olur. Adətən ad günlərində işdə olurdu, amma imkan edib evə gəlirdi. Balaca bir tortun ətrafında onun doğum gününü qeyd edirdik”

 

Bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan çavuş Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova deyib. Şəhid xanımı Farizlə keçən xoşbəxt günlərini belə xatırlayıb:

 

“Kasıb süfrədə bu günümüzü xoşbəxt ailə cütlüyü kimi həmişə qeyd edirdik. Artıq ikinci doğum günüdür ki, Farizsiz keçiririk. Yazdığım “Sevən qəlbin fəryadı” kitabımı da onun doğum gününə həsr etmişəm. Mən indi rayondayam və məzarını da ziyarət etdik.

 

Uşaqlar da atalarının şəhid olduğunu bildirlər. Həmişə gözləri yoldadır ki, bu dəqiqə gələcək, isti çörək və çöplü sok gətirəcək. Sadəcə gözləyirlər, dərk edirlər, amma yenə də gözləri yoldadır ki, bəlkə bir möcüzə baş verər”.

 

Qeyd edək ki, Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Müddətdən artıq hərbi qulluqçumuz Fariz Həsənov Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Fariz Həsənov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Vasif Əlihüseyn

 

 

 

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button