“Xalqın qalib ruhu mütləq Qarabağın bərpası zamanı ikinci dəfə nəfəs alacaq…”

“Düşünürəm ki, Paşinyan yenə yeni müttəfiq axtarışındadır. Əslində Rusiyanın köhnə sərhədləri müəyyən mənada öz nəzarəti altında bərpa etmək cəhdi Paşinyan tərəfindən Qazaxıstana məğlub olmuş erməni generallarının girişi ilə dəstəkləndi. Amma bundan sonra Paşinyanı Ermənistana təyin etmiş Avropa qüvvələri və o cümlədən Amerikada müəyyən xətlər Paşinyanın qulağın burdular və Brüssel görüşündə hətta UNESKO-nun Ermənistanda Azərbaycan abidələriylə bağlı təftiş etməsinə icazə belə verdilər”

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu deyib. O.Fikrətoğlu son zamanlar Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatlarını belə şərh edib: 

 

“Ermənistan tərəfi inanıram ki, buna məcbur olub.  Birinci Qarabağ savaşında itkin düşmüş dörd min azərbaycanlının taleyi ilə bağlı məlumat verəcək və onların qalıqlarını Azərbaycana qaytaracaq. İndi də bu proseslər Ermənistanda getmək üzrədir. Bu proseslərə reaksiya olaraq və Rusiyanın artıq bölgədə sıxışdırıldığını hiss edən Paşinyan çevik beyniylə müəyyən mənada Kəlbəcəri və digər əraziləri atəşə tutur. Düşünürəm ki, söhbət tək Paşinyanın özündən və onun təsir dairəsində olan qüvvələrdən yox, ümumiyyətlə, erməni layihəsindən gedir. Həmin bu qüvvələr həm Rusiyaya, həm də Qərbə mesaj verirlər ki, biz hələ sağıq, gücük, qüvvəyik və bizimlə müəyyən mənada siyasi alverə getmək olar. Biz vurulmuş və məhv edilmiş kart deyilik. Biz hələ varıq və Azərbaycana qarşı təpkimiz və təsirimiz belə var. Bu bir versiyadır. 

 

İkinci versiya isə düşünürəm ki, Paşinyana tabe olmayan və birmənalı olaraq Ermənistanı bu günki reallıqda Belarus, rus və Qazaxıstan birliyində görən qüvvələr də fəallaşıblar. Onlar Rusiyaya əslində Ermənistanın daxili auditoriyasına hesablanmış bir şücaət, igidlik timsalı kimi Azərbaycan tərəfini atəşə tuturlar.

 

 

Biz isə düşünürəm ki, Dağlıq Qarabağın bərpa işini sürətləndirməliyik. İndi Rusiya və NATO-nun qarşıdurması situasiyasında əlbəttə ki, diplomatik və siyasi addımlar atmaq risklidir. Amma iqtisadi baxımdan işğaldan azad olunmuş ərazilərin bizə aid olmuş hissəsinin dirçəldilməsi, Azərbaycan əhalisinin ora köçülürülməsi və həmin bu köçürülmə prosesinin həm diplomatik və həm də siyasi rıçaklarla tənzimlənməsi və möhkəmləndirilməsi günün prioritetidir. İqtisadi problem Azərbaycanda yaşansa da, bütün bunlara rəğmən Azərbaycan xalqının o qalib ruhu mütləq Qarabağın bərpası zamanı ikinci dəfə nəfəs alacaq. Ona görə ən mühüm olanı Qarabağa qayıdıb, orda məskunlaşmağımızdır”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button