“Deyirlər Azərbaycan bunun müqabilində nələrsə alıb, amma…”

“Ermənistan Azərbaycamda saxlanılan və mühakimə edilən terrorçularla bağlı bizi ittiham etmək üçün geniş spektrdə təbliğat işi qurdu və bu məsələni neynəlxalq gündəmə daşıdı. Başqa sözlə, onu alver predmetinə çevirə bildi. Ayrı ayrı ölkələrdən  “humanizm prinsipləri ” adı altında basqılar almağa başladıq və müəyyən şərtlərlə bu terrorçuları hissə hissə Ermənistana verməyə başladıq. 

 

Deyirlər Azərbaycan bunun müqabilində nələrsə alıb. Amma mənim fikrimcə, qarşılığında isə hələ heç nə almamışıq. Ermənistanın verdiyi mina xəritələri heç bir işə yaramadı. İndi son dəfə verdiyimiz 8 terroristin əvəzinə giya Ermənistan bizə Birinci Qarabağ müharibəsində əsir götürülən, itkin füşənlərlə bağlı, onların öldütüldükləri yerlərlə bağlı bilgi verəcəyini deyir.  Amma buna inanmaq çətindir. Çünki Ermənistan buna qədər də əsir və girovlarla ,onların taleyi ilə bağlı heç bir ipucu verməyib. Amma toplu məzarların olduğu ilə bağlı məlumatlar var. Hələ 2001-ci ildə bir beynəlxalq heyətin tərkibində Ermənistanda və Qarabağda olarkən belə söhbətin olduğunun şahidiyəm. O zaman onlar Azərbaycanda saxlandığı ehtimal edilən erməni əsirlərin müqabilində həmin məzarlıqları göstərəcəklərini deyirdilər. Erməni vəhşətinin növbəti bir örneyi kimi bu bizə çox lazımdır. Düşünürəm ki, Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxarsa düzgün etmiş olar. Terrorçularla bağlı bundan sonrakı danışıqlarda prioritet bu olmalıdır. Dünya da belə məsələlərə həssas yanaşır. Terrorçular məsələsini Ermənistanla  Azərbaycan arasında başlanacaq danışıqların predmeti etmək cəhdləri olacaq. Çünki Ermənistanda bu məsələ həssasdır, siyasi gündəmdədir. Diplomatiya da terrorçular üzərində qurulub. Azərbaycan onu siyasi danışıqlardan çıxarmalıdır. Bir də bu məsləyə hüquqi aspektdən yanaşma lazımdır. Onlar terrorçu kimi mühakimə olunursa cəzasını çəkməlidir. Sabah bizi hüququ pozduğumuzla bağlı ittiham etməzlərmi? Buna da diqqət etməliyik. Bəzi terrorçular Ermənistana verildikdən sonra orada mühakimə olunduqlarını nəzərə almalıyıq”

 

Prof. Qafar Çaxmaqlı

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button