“YA İNDİ, YA DA HEÇ VAXT”: Putinin Ukrayna ilə bağlı hazırkı məntiqi belədir

Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə görə, Vladimir Putinin çoxmillətli struktur yaratmaq, Aİ və ABŞ-a çatmaq ambisiyaları var, lakin bu planı həyata keçirmək üçün ona bütün Ukrayna lazımdır.

 

Moderator.az xəbər verir ki, Sikorski Amerikanın həftəlik “Newsweek jurnalına müsahibəsində diqqəti ona yönəldib ki, 10 ildən sonra Ukrayna çox güclü ölkəyə çevrilə bilər, ona görə də Rusiya lideri başa düşür ki, qonşuya nəzarəti ələ keçirmək üçün ikinci şans bir daha ələ düşməyəcək.

 

Bir neçə müddətdir ki, Rusiya qoşunları Ukrayna ilə sərhəd yaxınlığında cəmləşib. Bütün dünya sual qarşısındadır: bu, müharibə ilə nəticələnəcəkmi? Polşanın keçmiş xarici işlər naziri, Avropa Parlamentinin deputatı Radoslav Sikorski də mövcud vəziyyəti son dərəcə təhlükəli və gözlənilməz hesab edir.

 

“Putin yəqin ki, ya indi hücum edəcəyi, ya da heç vaxt hücum etməcəyi ilə bağlı hesablamalardan çıxış edir, çünki 10 ildən sonra Ukrayna o qədər güclü ölkəyə çevrilə bilər ki, bu, praktiki cəhətdən qeyri-mümkün olar”, – deyə o, nəşrə müsahibəsində izah edib.

 

Keçmiş xarici işlər naziri Rusiyanın Ukraynanın yalnız əhəmiyyətli hissəsini işğal etmək niyyətində olduğunu da istisna etmir. “Mən keçən həftə orada idim. Nəzərə almalıyıq ki, Ukraynanın sol sahili çox spesifik topoqrafiyası ilə seçilir, geniş, çöllük məkandır. Kəndlər bir-birindən 20-30 kilometr aralıda yerləşir. Orada hər hansı bir istinad nöqtəsi tapmaq çətindir. Mən risk edərək fikirləşirəm ki, Putin Kiyevi Ukrayna qoşunlarını əsas döyüş meydanından yayındıracaq hücumla hədələyəcək. Lakin ondan hər şey gözləmək olar və bu arada Kiyevə hücumlar da istisna olunmur”, – deyə Sikorski bildirib.

 

Keçmiş nazir bununla belə, məqsədli planı həyata keçirmək üçün Rusiya prezidentinə bütün Ukraynanın lazım olduğuna diqqət çəkib: “Onun Aİ və ya ABŞ ilə bərabər səviyyədə tutulacaq çoxmillətli bir qurum yaratmaq ambisiyaları var”.

 

Rus ordusuna Kiyevi fəth etmək üçün iki-üç gün kifayət edər tipli məlumatlara Sikorski şübhə ilə yanaşır. Onun fikrincə, iki-üç gün əməliyyatın yalnız birinci mərhələsidir, yəni Kiyevə aparan yoldur. Ondan sonra bu, xeyli çətinləşə bilər, çünki ukraynalıların öz paytaxtlarını müdafiə edib-etməməsindən və hansı üsullarla müdafiə edəcəyindən çox şey asılı olacaq. “Milyonlarla əhalisi olan şəhəri fəth etmək iki-üç günün işi deyil. Varşavada biz öz təcrübəmizdən bu mövzuda bir şey bilirik”,deyə keçmiş nazir fikrini yekunlaşdırıb.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button