Guya məşhur oliqarxlar da  təcili Ukraynanı tərk etməyə başladı…

Bazar günü, fevralın 13-də ukraynalı oliqarxlar və iş adamları təcili olaraq çarter reysləri ilə ölkələrini tərk etməyə başlayıblar.

 

Moderator.az xəbər verir ki, bu barədə “Ukrainska pravda” (“Ukrayna həqiqəti”) nəşri məlumat yayıb.

 

Yalnız son sutka ərzində Ukrayna paytaxtından 20-yə yaxın çarter və şəxsi təyyarənin havaya qalxdığı bildirilir. “6 illik müşahidələr ərzində heç vaxt belə sayda özəl reys olmayıb”, – nəşr yazır.

 

“Ukrainska Pravda”nın məlumatına görə,  məşhur Ukrayna oliqarxları Rinat Axmetov və Boris Kolesnikovun da təyyarələri Ukraynanı tərk edib.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button