“İnsanları aparıb erməni qəbirlərinin üstündə başlarını kəsirdilər…”

“Hər il fevral ayı gələndə sanki yaramızın qaysağını qoparırlar, yaramız yenidən təzələnir. Xocalı alınmayınca, onun intiqamı alınmış hesab olunmur. Bu gün xocalıların hamısı bu fikirdədir. Ermənilər dəhşətli bir soyqırım törətdilər, mülki insanlar qətlə yetirildi və onların hələ 149 nəfəri itkindir və bu gün də onlardan məlumat yoxdur”

 

Bunu Moderator.az-a açıqlamasında 1992-ci ildə Xocalı Rabitə Qovşağının rəisi işləyən Cavid Əliyev deyib. C.Əliyev bizim düşmən əsirlərinə münasibətimizlə, düşmənin bizim əsirlərə münasibətində yerlə-göy qədər fərq olduğunu bildirib:

 

“Biz düşmən əsgərini əsir götürəndə ona paltar veririk, yarasını müalicə edirik və sonra da ölkəsinə təhvil veririk. O da Ermənistana keçən kimi əleyhimizə danışır. Ermənilərin xisləti budur. Amma bizim dinc əhalini aparıb erməni qəbirlərinin üstündə başını kəsmişdilər. Aradan otuz il ötür, amma bir nəfər əsirimizi geri qaytarmırlar. Amma biz onların bütün əsirlərini geri qaytarmışıq”.

 

C.Əliyev şəhid ailəsi kimi bu günə qədər hələ də mənzillə təmin olunmadığını bildirib:

 

“Xocalı faciəsi zamanı atam və qayınım şəhid olub. Anam və bacım 23 gün əsirlikdə qaldı və sonra azad edildi. Əmim oğlunun səkkiz nəfərlik ailəsi – yoldaşı, 3 uşağı, qardaşı, bacısı tamamilə məhv edilib. Hesablayıram, təkcə bizim qonşuluqda 41 nəfər adam şəhid olub. İndi internetdə baxıram ki, Xocalıda bizim kəndi kürüyüb dərəyə töküblər, oranı aeroport ediblər. Biz isə sanatoriyalarda, yataqxanalarda, onun-bunun evində yerləşmişik. Biz istəyirik ki, torpaqlarımızı azad edək və öz yurdumuzda yaşayaq. 

 

Şəhid ailəsi olsam da bu otuz ildə mənzillə təmin olunmamışam. Dəfələrlə müraciətlər etmişəm. Hələ də onun-bunun evində kirayədə qalıram. Artıq 62 yaşım var. Oğlum üç uşağıyla kirayədə qalır və 250 manat kirayə pulu verir. İnsanlarımız bu illər ərzində dünyasını dəyişdi və hərəsi bir tərəfdə dəfn edildi. Atamı Ağdamda Uzundərə kəndində dəfn etdik və o yerlər də düşmən tərəfindən işğal ediləndə qəbiristanlıqlarımız  dağıdıldı. Ermənilər insan deyil, bu kadrlara baxdıqca, ürək ağrısı keçiririk. Xocalıya qayıdacağımız günü ümidlə gözləyirik”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button