“O mahnıları yazıb, bu gün gənclərimizi korlayan şəxslər nə etdiklərini fikirləşməlidir…”

Ölkəmizdə hüquq-mühafizə orqanlarımız tərəfindən narkomaniyaya qarşı güclü mübarizə aparılır. Çox operativ şəkildə bu işlə məşğul olan narkotacirlər saxlanılaraq, həbs edilir. Amma ölkəmizdə narkomaniyanı təbliğ edən vasitələrdən biri də müğənni adı altında bayağı mahnılar ifa edən adamlardır. Onların ifa etdikləri mahnı mətnlərində gənclərimizə narkomaniyayla bağlı çağırışlar edilir. 

 

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov da bu məsələdən təəssüfləndiyini bildirdi:

 

“İnanın ki, bu hadisələr adamı dəhşətə gətirir. Gənclərimizin bu sahələrə cəlb edilməsi yolverilməzdir, gələcəyimizin məhvi deməkdir. Bir vaxt belə şeylər heç Gədəbəydə olmazdı, amma indi orda da bu işlə məşğul olan adamlar peyda olub. O mahnıları yazıb, bu gün gənclərimizi korlayan şəxslər də nə etdiklərini fikirləşməlidir. Nə istəyirlər bu xalqdan?!  Azərbaycan gənci çox vətənpərvərdi, iradəlidir. Məhz həmin gənclərimiz idi 44 günə Vətən torpağının hər qarışını düşməndən azad etdi. Biz heç vaxt belə olmamışıq. Bu cür şeyləri əsasən də İrandan ölkəmizə keçirirlər”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button