Qordon Ukraynadan qaçması haqda xəbərləri təkzib etdi: Putini hədələdi…-VİDEO

“Vladimir Putin! Biz Kiyevi və Ukraynanın digər şəhərlərini heç kimə verməyəcəyik. Biz öz evimizdəyik və buradan çıxmayacağıq…”

 

Ukraynalı məşhur jurnalist  Dmitri Qordon 15 dəqiqədən sonra ailəsinin – həyat yoldaşı və uşaqlarının Ukraynadan Vyanaya  uçacağının doğru olub-olmaması ilə bağlı həmkarlarının suallarını cavablandırıb (bu barədə şayiə bazar günü axşam yayılıb).

Moderator.az bu haqda Ukraynanın “Strana” nəşrinə istinadla məlumat yayıb.

 

“Evdə oturub sizi dinləyirəm.Çox maraqlı məlumatdır. Videonu iki saat əvvəl yaymışdım; bu gün Kiyevə getmişdim, sabah və o biri gün də redaksiyada olacam.

Ailəyə gəldikdə, mən heç vaxt şəxsi məlumatları açıqlamıram, ona görə də öz adımdan danışıram. Mən burdayam, arvadım burdadır. Heç bir ictimai şəxs sizə öz uşaqları haqqında danışmayacaq. Bunlar qadağan olunmuş suallardır. Mən isə Kiyevdəyəm, evdə oturmuşam”, – Dmitri Qordon  belə deyib.

 

Bəzi teleqram-kanalları isə bu gün axşam yerli vaxtla saat 22:15-də Qordonun uşaqları olan təyyarənin Borispol hava limanından havaya qalxdığını bildiriblər.

 

Bundan əvvəl “Strana” nəşri reklam fasiləsi zamanı Şusterin “YouTube” kanalında Dmitri Qordonun Vladimir Zelenskiyə necə söyüş söydüyünü yazıb.

 

Jurnalist bütün ölkəyə görə çox təəssüfləndiyini bildirib. Eyni zamanda o, bəyan edib ki, yeni Maydanın əleyhinədir və etiraz aksiyalarında iştirak etməyəcək.

 

Bu arada “Segodnya” nəşri və digər mənbələrdən jurnalist Dmitri Qordonun Ukrayna prezidenti Vladimir Zelenskiyə, Rusiya prezidenti Vladimir Putinə və rus analarına mümkün müharibə ilə bağlı video-müraciət də yaydığı məlum olub.

 

“Biz sizin başa düşməyinizi istəyirik: biz Ukrayna torpaqlarına zorla girən hər kəsi öldürəcəyik. Başqa seçimimiz yoxdur – özümüzü müdafiə edəcəyik. İmkanınız varsa, əziz rus anaları, övladlarınıza təsir edin ki, bizə tərəf gəlməsinlər. Edin bunu…

 

Vladimir Putin! Biz Kiyevi və Ukraynanın digər şəhərlərini heç kimə verməyəcəyik. Biz öz evimizdəyik və buradan çıxmayacağıq”, – deyə məşhur ukrayın jurnalist Rusiya anaları və Putinə müraciətində bildirib.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button