Rusiyanın Ukraynanı “işğal edəcəyi” haqda bəyanatlar çox gülünc və qəribədir…

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Polyanski Ukraynaya “işğal” təhdidlərini gülünc adlandırıb.

 

“Rusiyanın fevralın 16-da Ukraynaya “hücum etmək” üçün hər hansı bir səbəbi yoxdur”.

 

Moderator.az lenta.ru-ya istinadla xəbər verir ki, bu nu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Channel 4 News” telekanalında bildirib.

 

Hazırlandığı iddia edilən hücumla bağlı açıqlamaları şərh edən diplomat deyib ki, o, belə bəyanatları “çox gülünc və qəribə” hesab edir.

 

Daha əvvəl “Politico” xəbər vermişdi ki, Bayden fevralın 16-nı Rusiyanın guya hazırladığı Ukraynaya müdaxilə tarixi adlandırıb. Vaşinqton müttəfiqlərinə xəbərdarlıq edib ki, təcili hücumdan əvvəl raket zərbələri və kiber-hücumlar baş verəcək. Daha sonra Pentaqonun sözçüsü Con Kirbi qeyd edib ki, ABŞ ordusunda həmin gün Rusiyanın Ukraynaya təcavüzünün başlanmasını təsdiq edəcək heç bir məlumat və sübut yoxdur.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button