“Böyük dövlətlərin güc nümayişi zamanı həmişə ayaqlar altında qalan bir dövlət olur”

 Fransalı siyasi ekspert Naim Asas Moderator.az-ın suallarını cavablandırıb. 

 

– Fransada yaşayan və oradakı ictimayyətin fikirlərini bilən bir siyasi ekspert kimi Makron – Putin görüşünün arxa fonunda sizcə nələr dayanırdı?

 

– Düşünürəm ki, prezident Makron prezident seçkiləri öncəsi beynəlxalq səhnədə, xüsusən də Ukrayna məsələsində, Putinlə görüşdə, eləcə də cənab  Əliyev  və baş  nazir Paşinyanla videokonfransda aktiv görüntü yaradır.. Türkiyə ilə sülh münasibətlərində də çox fəaldır. Görüşün detallarına varınca isə mən hesab edirəm ki, sonuncu Makron-Putin görüşündən sonra Putinin ortaya qoyduğu davranışlarda heç nə dəyişməyək. 

 

– Ukrayna – Rusiya konfliktində hazırkı prezident Makronun və ümumi mənada Fransanın mövqeyi nədən ibarətdir?

 

– Heç kimə sirr deyil ki, Fransa NATO-nu dəstəkləyir. Ukrayna NATO-ya üzv olacağı təqdirdə bölgədə yeni bir müharibə başlayacaq  və Fransa müharibəyə qatılarsa  Rusiyaya qarşı əks mövqe sərgiləyəcək.

 

– Ardıcıl təşkil olunan görüşlər Putinin Ukraynaya qarşı planında müəyyən mənada dəyişiklik yarada bilərmi?

 

– Putin Ukraynanın NATO-ya daxil olmasını istəmir və bunu Rusiyanın müstəqilliyi üçün təhlükə hesab edir. Təbii ki, Ukrayna Rusiyanın təhlükəsizliyini təhlükə altında qoya bilməz, amma NATO bunu edə bilər. Fikrimcə, Rusiya üçün əsas problem budur.

 

– Bəs Rusiyanın Ukraynaya gözlənilən hücumu baş verərsə, bölgədə hansı reallıqlar yarana bilər?

 

– Sualınızı cavablandırarkən bir xüsusi  məsələyə də diqqətinizi çəkmək istərdim: Amerika Əfqanıstandan çıxandan sonra Rusiya xüsusi vəchlə Əfqanıstanın sərhədlərinə doğru yaxınlaşmağa başlayıb. Bu isə bizi gələcəkdə baş verə biləcək yeni gərginliklərdən xəbərdar edir. Məhz müqayisəli şəkildə izah etmək istərdim ki, yuxarıda sadaladığım problem yaxın zamanda Ukraynada da baş verə bilər və bu bütün Avropa üçün təhlükəyə çevirilə bilər. Yəni böyük dövlətlərin güc  nümayişi davası zamanı həmişə ayaq altında qalan bir dövlət olur. Asiyada bu Əfqanıstan idisə, Avropada Ukrayna ola bilər. Rusiya hazırda daxili agentləri vasitəsilə Ukraynada stabilliyi pozub, gərginlik yaratmağa çalışır. ABŞ isə Ukraynanı dəstəkləyir.

 

– Necə düşünürsünüz, qarşıdakı seçkilərdə Makronun yenidən Fransa prezidenti ola bilmək şansı nə qədərdir?

 

– Makron yenidən prezident seçilə bilmək üçün çox çalışır. Makron eyni zamanda çox ağıllı və savadlı siyasətçidir. Siyasi maraqları üçün bu kimi vəziyyətlərdən qazanc əldə edə bilir.

Ermənistan, Azərbaycan və Türkiyə ilə Fransa əlaqələrində Makron faktoru ilə bağlı suallarınıza gəlincə isə deyə bilərəm ki, Makronun siyasəti  Azərbaycan, Türkiyə və Rusiyaya qarşıdır.

 

Leyla Şah

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button