Kiyev Maydanından canlı yayımda SSRİ himni səsləndi…-VİDEO

“Reyters”(Reuters)-in Ukrayna paytaxtından canlı yayımında keçmiş sovet dövlətinin himni səslənib.
Moderator.az bu haqda lenta.ru-ya istinadla xəbər verir.
“Reuters” Kiyevdən “Rusiya-Ukrayna böhranı fonunda Kiyev Maydanına baxış” adlı canlı yayıma start verib.Yayım çərşənbə axşamı, fevralın 15-də agentliyin “YouTube” kanalında başlayıb. Verilişin gedişində fonda başqa musiqilər də eşidilib.
“Rusiya qoşunlarını Ukrayna ilə sərhəddən çıxardığını deyir, Qərb isə hələ dəlil görmədiyini bildirir”, – video-görüntünün altında belə yazılıb.
P.S. Canlı yayımdan da görünür ki, Ukrayna paytaxtında tam sakitlikdir… Heç bir müharibə-filan yoxdur…
Aşağıdakı canlı yayımdır:
Sultan Laçın