“Müharibə olmayacaq, lakin hibrid hücumlar gözləniləndir”

“Kim müharibəni birinci başlasa, hərbi cinayətkarlarla bir sırada dayanacaq”

 

Rusiyanın hərbi potensialı böyükdür, lakin bu gün Ukrayna ordusunu məğlub etmək və ölkənin bütün ərazisini işğal etmək üçün kifayət deyil.

 

Moderator.az xəbər verir ki, bunu polşalı general Valdemar Skşipçak “Wirtualna Polska” portaına açıqlamasında deyib. O, Ukraynanın vaxtını boş yerə itirmədiyini və indi öz suverenliyini qorumaq üçün hər cür şəraitə malik olduğunu bildirib. Rusiya bundan xəbərdardır və çox güman ki, məhdud diapazonlu hibrid hücumlara getməli olacaq. Valdemar Skşipçak Rusiyanın Ukrayna ilə sərhəddə cəmləşdirdiyi qüvvələrin genişmiqyaslı işğalı həyata keçirmək üçün kifayət etmədiyini ehtimal edir. Bununla belə, onun fikrincə, hibrid hücumlar gözləniləndir.

 

Polşanın milli müdafiə nazirinin keçmiş müavini bildirib ki, ukraynalılar qonşusunun hərbi potensialının böyük olduğunu yaxşı bilirlər, lakin bu, Ukrayna ordusunu məğlub və ölkənin bütün ərazisini işğal edə biləcək qüvvə deyil. Onun fikrincə, belə planların uğurla həyata keçirilməsi üçün Rusiyanın sərəncamında 300-500 min əsgər və çox yaxşı təşkil edilmiş ordu olmalıdır. “Bu gün Putinin Ukraynaya qarşı genişmiqyaslı əməliyyat keçirməyə gücü çatmır, Ukrayna öz sərhədində müdafiəyə hazır 40 briqada təşkil etməyə və 140 min əsgər yerləşdirməyə nail olub. O, hər cəhətdən hazırdır. Mən Putinin Ukraynanın bütün ərazisində genişmiqyaslı əməliyyat keçirə bilməsi üçün belə bir fürsət görmürəm. Bununla əlaqədar olaraq, bunların məhdud diapazonlu əməliyyatlar olacağı variantının üstündə dayanıram”, deyə polşalı general vurğulayıb

 

Söhbət zamanı o, ukraynalıların boş yerə vaxt itirmədiklərini və ordunu yaxşı təchiz etdiklərini qeyd edib. “Dövlətin suverenliyini qorumaq üçün bundan yaxşı şərait yoxdur və Putin bunu bilir. Bu müharibədə hər iki tərəf itki verməli olacaq”, deyə Skşipçak xəbərdarlıq edib. O, belə bir müharibənin nəticəsində dinc əhalinin, qadınların, qocaların, uşaqların öləcəyini deyərək birdirib ki, hansı tərəf müharibəni birinci başlasa, hərbi cinayətkarlarla bir sırada dayanacaq. “Putin və onun baş komandanları bilməlidirlər ki, onlar öz üzərlərinə böyük məsuliyyət götürürlər və bunun bədəlini ödəməli olacaqlar, çünki müharibəni qızışdırmaq, dövləti dağıtmaq, günahsız mülki insanları öldürmək Haaqada mühakimə olunan hərbi cinayətlərdir”, – deyə o izah edib.

 

Polşalı general hesab edir ki, Qərb və əsasən də ABŞ Rusiya liderinə açıq şəkildə bildirməlidir ki, qırmızı xətti keçmək təkcə iqtisadi və digər sanksiyalarla deyil, həm də cinayət məsuliyyəti və hərbi cinayət ittihamları ilə müşayiət olunacaq.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button