“Yaşın çoxluğu pis şey olsa, adamlar bir-birinə “yüz yaş yaşayasan” deməzlər…”

Bu gün nasir, dramaturq, filosof Firuz Mustafanın yetmiş illik yubileyidir.

 

Moderator.az-a açıqlamasında Firuz Mustafa bu günlə bağlı öz xoş təəssüratlarını bölüşüb:

 

“Yetmiş yaşım tamam olsa da, amma mən yubiley keçirmirəm. Heç indiyə qədər də bu günümü xüsusi qeyd etməmişəm. Amma yetmiş yaş xeyli yaşdır. Biz uşaq olanda da bu əlçatmaz görünürdü. İkili hiss keçirirəm, bir yandan əlbəttə, adamın yaşı artır, üzü qocalığa doğru gedirsən və ondan sonrası da məlumdur. İkinci tərəfdən də sevinirəm ki, müəyyən yaşa çatmışam. Yaşın çoxluğu pis şey olsa, adamlar bir-birinə “yüz yaş yaşayasan” deməzlər. Demək ki, çox yaşamağın da öz sevinci var ki, özün də görürsən, maraqlanırsan, həyatı daha dərindən dərk etməyə çalışırsan. 

 

Hətta bəzən deyə bilərlər ki, yetmiş yaşa qədər özünü dərk etməyənlər, ondan sonra özünü dərk etməz. Ümumiyyətlə, insan ömrünün sonuna qədər öyrənə-öyrənə gedir. Hətta bu yaşda belə mənə elə gəlir ki, hələ az şey bilirəm. Çünki bildiyiniz kimi mən həm fəlsəfəylə, həm də yaradıcılıqla məşğulam və bunlar məni dünyaya hər dəfə yeni bir gözlə, baxışla baxmağa vadar edir. Dünyanın bu sonsuzluğu, qəribəlikləri, sevinci, kədəri hər dəfə bir cür ürəyimdə hisslər yaşadır”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button