“O, cəmiyyətdən bəraət ala bilmədi, heç olmasa elə etsin ki, o dünyada Tanrıdan bəraət alsın…”

“Azərbaycan tarixində ilk dəfəydi ki, humanitar sahənin adamı Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti olmuşdu. Bunu da dövlət başçısı özü məsləhət görmüşdü və hər halda düzgün qərar qəbul etmişdi. Elmlər Akademiyasının başında isə həmişə dəqiq elmlərdən olan adamlar olub”

 

Bunu Moderator.az-a Xalq şairi Vahid Əziz Azərbaycan Elmər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin yola salınması haqda danışarkən deyib. Vahid Əziz Ramiz Mehdiyevin Azərbaycan cəmiyyəti qarşısında heç vaxt bəraət almadığını bildirib:

“İndi gedir və özü də deyir ki, kitablarımı yazacam. Kitablarını yazsın, amma obyektiv yazsın. Adam gərək kitab yazanda günahlarını da boynuna alsın. Məsələn, mən şeirlərimdə günahlarımı boynuma alıram. Ramiz Mehdiyevi Prezident yola salıb, düz edib, onu orda saxlamağın mənası yox idi. Artıq yaşı da çoxdur. Ramiz Mehdiyevlə bağlı son olaylar, ziyalıların, vaxtilə yaxşılıq və pislik etdiyi adamların onun haqqında dediyi fikirlər göstərdi ki, o bu həyatda Azərbaycan cəmiyyətindən bəraət ala bilmədi. Heç olmasa kitablarını obyektiv yazsın ki, o dünyada Tanrıdan bəraət ala bilsin”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button