Ukrayna Silahlı Qüvvələri bütün ölkəboyu genişmiqyaslı təllimlərə başladı…-RƏSMİ

Ukraynanın bütün ərazisi boyu yerləşən hərbi poliqonlarda döyüş  şəraitinə mümkün qədər yaxın şəkildə hərbi hissələrin və bölmələrin onlara verilən tapşırıqları yerinə yetirmək üçün hazırlanması üçün tədbirlər görülür.

 

Moderator.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev bildirib ki, planlaşdırılan bütün məşq və təlimlər şəxsi heyətin təhsil və təlim səviyyəsini yüksəltməlidir. Hərbçilər həmçinin həm milli Silahlı Qüvvələrin bölmələri, həm də dövlətin müdafiə və təhlükəsizlik qüvvələrinin digər komponentləri ilə qarşılıqlı əlaqədə işləmək imkanı əldə ediblər.

 

“İlk növbədə bölmələr müdafiə imkanlarını, bölmələrin, hərbi obyektlərin və mülki infrastrukturun hava hücumundan müdafiə imkanlarını,  desant və tank əleyhinə birləşmələrin hərəkətlərini, eləcə də şərti düşmənin atəşlə məhv edilməsi bacarıqlarını təkmilləşdirir”, – deyə Nayev bildirib. .

Xəbər verdiyimiz kimi, bu gün  Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək…

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button