Prezident İlham Əliyevin gənc alimlərlə bağlı çağırışına Ramiz Mehdiyevdən AĞIR ZƏRBƏ…

Dünən Moderator.az Ramiz Mehdiyevin Azərbaycan elminə vurduğu sarsıdıcı zərbənin yalnız birini – “Azərbaycan elminin “qəbirqazan”ı AMEA-nın “tabut”unda “son mənzil”ə yola salındı…” başlıqlı məqaləni oxuculara təqdim etmişdi.

 

 

AMEA professorlarının Koordinasiya Şurasının (PKŞ) sədri, riyaziyyat üzrə elmlər doktoru, professor Rövşən Bəndəliyev Moderator.az-a açıqlamasında Ramiz Mehdiyevin bədniyyət əməllərini bir daha ifşa edib:

“AMEA-nın sabiq Prezidenti Akif Əlizadə ölkə Prezidenti möhtərəm İlham Əliyevin bütün sahələrdə olduğu kimi elm sahəsində də gəncləşmə siyasətinə uyğun olaraq 2017-ci ildə bütün respublika üzrə Azərbaycan elminə  xüsusi töhfə verən və  yaşı 50-yə qədər olan tədqiqatçılar üçün AMEA professoru fəxri adı təsis etdi. 2017-ci ildə ilk dəfə olaraq Respublika üzrə 12 nəfər gənc alim 3 instansiyadan (AMEA-nın uyğun İnstitunun Elmi Şurasından, elmi sahələr üzrə uyğun bölmədən və sonda AMEA-nın Rəyasət Heyətinin səsverməsindən) keçərək bu ada layiq görülmüşlər. Bu proses 2019-cu ildə də davam etdirilmiş və həmin ildə elmdə nüfuz qazanmış daha 13 nəfər bu fəxri ada layiq görülmüşdü. Bu qərar əslində AMEA professoru seçilmiş gənc alimlərə potensial olaraq gələcək AMEA-nın müxbir üzvləri seçilmək imkanı yaradırdı.

Müəyyənlik üçün deyim elə 2019-cu ildə də AMEA Professorlarının Koordinasiya Şurası yaradıldı və mən də AMEA Rəyasət Heyətinin qərarı ilə Şuranın sədri seçildim. Lakin Ramiz Mehdiyev 2019-cu ilin oktyabr ayında AMEA-ya prezident seçildikdən sonra AMEA-nın gəncləşdirmə siyasətinin əksinə olaraq AMEA professorlarının fəaliyyətinin dayandırılması haqqında qərar verdi.

Buna rəğmən AMEA professorlarına 2017-ci və 2019-cu illərdə müsbət səs vermiş indiki Rəyasət Heyətinin bəzi üzvlərini də öz qanunsuz əməllərinə cəlb etməyə calışıb. Lakin bütövlükdə Ramiz Mehdiyev AMEA professorları statusunu ləğv edə bilməmiş və onlara maddi ziyan olaraq 80 manat müavinətlərini kəsməyə nail olmuşdur. Halbuki akademik adına görə özünün aldığı 2000 AZN-ə yaxın məbləğ nədənsə unuduldu. Reallıqda isə əgər AMEA professorları statusu ləğv olunardısa, onda növbəti instansiya kimi verilmiş diplomların məhkəmə yolu ilə sıfırlanması olmalı idi. Lakin bu baş tutmadı.

Onu da qeyd etmək istərdim ki, seçilmiş hər bir alim  Azərbaycan Respublikasının gerbi olan AMEA professoru diplomu ilə və AMEA professoru vəsiqəsi ilə təmin edilmişdi. 

Bütün bunlar onu deməyə imkan verir ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin gənclərin elmə stimullaşdırılmasına qarşı olan böyük qısqanclığa malik idi. Mən 2020-ci ildə də qeyd etmişdim və indi də qeyd etmək istəyirəm ki, bu, akademik Ramiz Mehdiyevin gənc və perspektivli alimlərə qarşı atdığı çox böyük səhv addım idi.

AMEA professorları sırasında çox nüfuzlu, filologiya elmləri doktoru, prof. İdris Abbasovu, tibb elmləri doktoru, prof. Kənan Yusifzadəni, riyaziyyat elmləri doktoru, prof. Vüqar İsmayılovu, siyasi elmlər doktoru, prof. Qənirə Paşayevanı və digərlərini qeyd etmək olar. Öz elmi nəticələrimi və adlarını qeyd etdiyim alimlərin elmi nəticələrini koordinasiya etsək bütövlükdə AMEA-nın Rəyasət Heyətinin nəticələrini üstələyər. Səbəb isə AMEA professorlarının ciddi elmi fəaliyyətləridir. Bizim missiyamız ölkə Prezidentinin gənclər siyasətinə tam uyğun olaraq ölkə elminin dünya elminə inteqrasiyası, Ramiz Mehdiyev və tərəfdarlarının missiyası isə özlərindən kifayət qədər gənc və perspektivli alimləri elmdən uzaqlaşdırmaq idi”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button