“Rusiya sabah-biri gün hücum edəcək” söhbətləri yersizdir…”- Ukrayna Müdafiə naziri

“Gəlin 22-si tarixini gözləyək, onların orada hansısa şaman yığıncağı gözlənilir, orada qavallarla yığışacaqlar və ola bilsin ki, maraqlı və axmaq qərarlar verəcəklər…”

Rusiya Ukraynanı mühasirəyə aldığı heç bir yerdə zərbə qrupları yaratmayıb.

Moderator.az  xəbər verir ki, bu barədə bazar günü, fevralın 20-də müdafiə naziri  Aleksey Reznikov “TSN.Tijden” kanalının efirində bildirib.

 

Onun fikrincə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun “sabah və ya birigün” başlaya biləcəyi barədə danışmaq yersizdir.

 

“Bu saat  Ukraynanı mühasirəyə aldığı heç bir yerdə Rusiya Federasiyasının zərbə qüvvələri hələ formalaşmayıb. Ona görə də sabah və ya birigün hücum olacağını söyləmək, məncə, yersizdir. Amma bu o demək deyil ki, risklər azdır, bu o demək deyil ki, heç bir təhlükə yoxdur”, – Reznikov  əlavə edib.

 

Müdafiə naziri həmçinin qeyd edib ki, Ukrayna Rusiya Dövlət Duması fevralın 22-də Ukrayna məsələsinə baxılacaq iclasını diqqətlə izləyəcək

.

“Gəlin 22-si tarixini gözləyək, onların orada hansısa şaman yığıncağı gözlənilir, orada qavallarla yığışacaqlar və ola bilsin ki, maraqlı və axmaq qərarlar verəcəklər. Amma düşünürəm ki, bu qərarlar Rusiyanın Federasiyasının Minsk razılaşmalarını rədd etməsinə səbəb olacaq. Biz bunu izləyirik”, – deyə nazir vurğulayıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button