“Qurbanəli bəy gördü ki, Rusiyanı yedizdirə bilməyəcək və ona görə axurda gizləndi…”

 “Mirzə Cəlilin yazdıqları bu günki zamanla çox uzlaşır…”

 

“Mirzə Cəlil Azərbaycanın dərdini, problemlərini gülə-gülə, yumorla bizə çatdırıb. Onun yazdıqları bu gün də aktualdır, həmişə təzədir, tərdir. Yəni Mirzə Ələkbər Sabirin də, Mirzə Cəlilin də yazdıqları həmişə oxunacaq. Mirzə Cəlil böyük bir məktəbdir və mən də o məktəbdən su içmişəm”

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Aqil Abbas Mirzə Cəlilin əsərlərinin bütün dövrlərimizi əhatə etdiyini bildirib:

 

“Yazılarımda Mirzə Cəlili xatırlayıram və yaxud da ondan bəhrələnib yazıram. Mirzə Cəlilin yazdıqları akademik nəşr deyil. “Qurbanəli bəy” əsərini oxumusunuz. Qurbanəli bəy özündən razı bir adamdır, amma necə olur ki, naçalnik arvadıyla gələndə gedib axurda gizləndi. Bəs niyə gizləndi? Məntiqsizdir, elə deyilmi? Əslində Mirzə Cəlilin yazdığını ixtisar edib, axırıncı abzasını çıxarıblar və fikir də dəyişib. Qurbanəli bəy balkona çıxıb görür ki, naçalnik arvadıyla gəlir və yanında da əmisi oğlu, xalası oğlu bir sözlə, bütün Rusiya tökülüb gəlir. Gördü ki, Rusiyanı yedizdirə bilməyəcək və ona görə axurda gizlənir. Görürsünüz, onun yazdıqları bu günki zamanla nə qədər uzlaşır. Yəni bizdə bunun adını akademik nəşr qoyurlar, amma əslində belə deyil, yenə senzuradan keçirirlər, ixtisarla verirlər”.

 

Qeyd edək ki, Cəlil Məmmədquluzadə 1869-cu ilin bu günü Naxçıvanda anadan olub.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button