Rusiya ordusu artıq Ukrayna torpaqlarına soxuldu?..-VİDEO

Rusiya lideri V.Putinin qondarma “LXR”-nin müstəqilliyini tanımasından sonra  teleqram-kanallarda “Rusiya qoşunları artıq Donbasa(yəni hüquqi Ukrayna ərazisinə-S.L.) daxil olur” başlığı ilə videolar yayımlanıb.

 

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, hələlik bunun rəsmi təsdiqi yoxdur.

 

Bundan əvvəl Kreml Rusiya prezidenti Vladimir Putinin qondarma “LXR” və “DXR”in müstəqilliyinin tanınması haqqında fərmanlarını dərc edib.

 

Sənədlərdə əsas məqam ondan ibarətdir ki, Putin Rusiya silahlı qüvvələrini “LXR” və “DXR”-də sülhməramlı funksiyalarla təmin etməyi tapşırıb.

 

Xatırladaq ki, dünən- fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasından və Ukrayna mövzusunda vətəndaşlara video-müraciətindən sonra “LXR” və “DXR”-in müstəqil dövlətlər kimi tanınması barədə qərar imzalayıb.

 

Çərşənbə axşamı günü qərar Rusiya parlamentinin hər iki palatası – Dövlət Duması və Federasiya Şurası tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, Dövlət Duması və Federasiya Şurası həmin qondarma qurumlarla  dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri ratifikasiya edəcək. O cümlədən hərbi sahədə… Bu isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qondarma  “respublikaların” ərazisinə daxil olması demək olacaq…

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button